Accessibility links

Fələstinlilər oktyabrın 7-dən bəri israilli məskunlar tərəfindən zorakılıq hallarının artdığını deyir


Fələstinlilər oktyabrın 7-dən bəri israilli məskunlar tərəfindən zorakılıq hallarının artdığını deyir
please wait

No media source currently available

0:00 0:03:04 0:00

İordan çayının qərb sahilindəki fələstinliləri deyirlər ki, HƏMAS-ın oktyabrın 7-dəki hücumundan sonra israilli məskunlar fələstinliləri evlərini tərk etməyə məcbur etmək məqsədilə onlara qarşı zorakılıqları əhəmiyyətli dərəcədə artırıb. Lakin məskunlar şurası insidentlərin azaldığını deyir və bu iddiaları rədd edir.

İordan çayının qərb sahilində israilli məskunlar və fələstinlilər arasında şiddətli qarşıdurmalar son bir ildə, İsrailin sağçı hökuməti dövründə intensivləşib. BMT-nin Humanitar Məsələlərin Koordinasiyası ofisinin (OCHA) məlumatına görə, HƏMAS-ın 7 oktyabr hücumu və ondan sonrakı müharibədən sonra zorakılıq hadisələri ikiqat artıb. Fələstinli fermerlər və çobanlar deyirlər ki, məskunların bir çoxu hökumətdən silah alıb və "ayıqlıq" edir.

"Vəziyyət dəhşətlidir. Əvvəllər də pis idi, indi daha da pisləşib. Bütün müharibə boyu biz öz tarlalarımıza gedə bilməmişik. Zeytunlar hələ də ağaclardadır. Ağaclara yaxın getmək istəsək, məskunlaşanlar bizə atəş açacaq. Bütün məhsul xarab olub", fələstinli fermer Fərid Əl-Cəbur deyir.

Bu, C sahəsidir və İordan çayının qərb sahilinin 60 faizi tam İsrailin nəzarəti altındadır. Bütün yəhudilər üçün məskunlaşma yeri buradır. Bu yaşayış məntəqələri beynəlxalq hüquqa görə qanunsuzdur. İsrail hökumətinin sərt-xətt tərəfdarları oktyabrın 7-dən bəri bu ərazini ilhaq etməyə və fələstinlilərə Fələstinin nəzarətində olan ərazilərə köçmələri üçün təzyiq göstərməyə çalışırlar.

İsrailin insan haqları qrupu "B'Tselem"in məlumatına görə, fələstinlilər məskunlaşan yəhudilərin onların ailələrinə və əmlaklarına hücum etmələri səbəbindən C bölgəsindəki azı 16 icmanı təxliyə etmək məcburiyyətində qaldıqlarını bildirib.

"Bizim onlarla (məskunlaşanlarla) problemimiz var idi, lakin Qəzzadakı müharibədən sonra onlar hətta hamımızı öldürmək istədi", İordan sahilinin qərb sahilindən qaçan fələstinli Raked Əl-Ti bildirir.

Lakin yəhudi köçkünlərin nümayəndələri iddia edirlər ki, 2023-cü ildə fələstinlilərin israillilərə qarşı hücumları son 20 ilin ən dəhşətli hücumu olsa da, yəhudi məskunların fələstinlilərə qarşı hücumları azalıb.

"İsrail Müdafiə Qüvvələri polis hesabatlarına istinadən bildirib ki, oktyabrın 7-si hücumundan sonra Yəhudeya və Samariyada [Qərb Sahilində] yəhudilər tərəfindən həyata keçirilən zorakılıq əslində oktyabr ayında təxminən 50%, daha sonra, noyabr ayında isə daha 50% azalıb. Kimsə oktyabrın 7-nə cavab olaraq yəhudilərin daha ayıq-sayıq olduğunu və ya hücumlar təşkil etdiyini düşünürsə, statistika bunu qətiyyən dəstəkləmir", İordan çayının qərb sahilində məskunlaşan yəhudilərin sözçüsü Coş Hasten deyib.

Bu iddia Cənubi Hebron təpələrində fələstinliləri məskunlaşan yəhudilərin təqiblərindən qoruyan İsrail və beynəlxalq könüllülər tərəfindən təkzib edilib.

"Hamımızın bir qədər travmatik şəkildə xatırladığımız 7 oktyabrdan başlayaq. C sahəsinə həqiqətən şiddətli hücumlar Bir növ qisas hücumu kimidir. Həm də "Bizim fürsətimiz var. İndi biz onlardan qurtara bilərik" deməyə fürsət var. C bölgəsindəki demək olar ki, hər kəndə azı bir, hətta bir neçə şiddətli hücum olub. Onların çoxu oktyabrın 7-də baş verib", israilli insan haqları könüllüsü Bill Slott söyləyib.

ABŞ və Britaniya hökumətləri də məskunlaşan yəhudilərin fələstinlilərə qarşı hücumlarının artması ilə bağlı xəbərlərdən narahat olduqlarını bildirib. Onlar hətta zorakılıqda ittiham olunan azı dörd yəhudi məskunlaşana qarşı sanksiya tətbiq etmək kimi görünməmiş addım atıblar.

Forum

XS
SM
MD
LG