Accessibility links

Qərb liderləri Rusiyanın hərbi aktivliyin azaldılması ilə bağlı açıqlamasına ehtiyatla yanaşırlar


Co Bayden, Emmanuel Makron və Boris Conson
Co Bayden, Emmanuel Makron və Boris Conson

Birləşmiş Ştatlar, Britaniya, Fransa, Almaniya və İtaliyanın liderləri Moskvanın Ukraynanın iki şəhəri ətrafında döyüşləri azaldacağına işarə etməsindən sonra Rusiyaya qarşı ehtiyatlı olmamağa qarşı xəbərdarlıq edib.

Onlar razılaşıb ki, “Ukraynanın başına gətirilən dəhşət bitməyənədək Qərbin qətiyyətində heç bir yumşalma ola bilməz,” Britaniya Baş naziri Boris Consonun ofisinin martın 29-da yaydığı açıqlamada bildirilir.

Rusiyanın Kyiv və Çernihiv ətrafında hərbi aktivliyi azaldacağına dair açıqlaması martın 29-da Türkiyədə Ukrayna ilə danışıqlardan sonraya təsadüf edib.

Conson və ABŞ Prezidenti Co Bayden Rusiyanın bəyanatı ilə bağlı skeptisizmlərini ifadə ediblər.

“Baş nazir vurğulayıb ki, biz Putinin rejimini sözlərinə görə deyil, əməllərinə görə mühakimə etməliyik,” Consonun ofisi bildirib. “Putin Ukrayna və müttəfiqlərini təslim olmağa məcbur etmək cəhdi olaraq Ukraynanın açıq yarasına bıçaq salır.”

Bayden deyib ki, o, “onların əməllərini görməyənədək” Rusiyanın dediklərinə heç bir etimad göstərməyəcək.

Həm Bayden həm də Conson vurğulayıb ki, Qərbin cavabı vahid və güclü olaraq qalmalıdır.

Fransa Prezidenti Emmanuel Makron Bayden və başqa Qərb liderləri ilə telefon danışığından sonra Rusiya Prezidenti Vladimir Putinlə danışıb.

Kremlin bəyanatına görə, Putin Makrona deyib ki, Mariupol şəhərindəki “millətçilər” silahlarını yerə qoymalıdırlar.

“Vurğulanıb ki, bu şəhərdəki (Mariupol) çətin humanitar vəziyyəti həll etmək üçün ukraynalı millətçi militantlar müqavimət göstərməyə son qoymalı və silahlarını yerə qoymalıdırlar,” bəyanatda deyilib.

Makronun ofisi bildirib ki, “indiki mərhələdə” mühasirəyə alınan Ukraynanın liman şəhərindəki vətəndaşlara yardım etmək məqsədilə humanitar əməliyyatın aparılması üçün şərait yaradılmayıb.

Makron Putinə Fransa, Türkiyə və Yunanıstanın nəzarət edəcəyi missiyanın təfərrüatlarını açıqlayıb, ancaq Rusiya lideri cavab vermədən öncə düşünəcəyini deyib. Bu barədə Yelisey Sarayının rəsmisi məlumat verib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG