Accessibility links

Ümumdünya Ərzaq Proqramı: Ukraynada milyonlarla insan kifayət qədər qida tapmaqda çətinlik çəkir


Dünya Ərzaq Proqramı bildirir ki, milyonlarla ukraynalı Rusiyanın işğalı davam etdiyi bir vaxt kifayət qədər yemək tapmaqda çətinlik çəkir.

Dünya Ərzaq Proqramının sözçüsü Tomson Firi deyir ki, Ukraynada döyüşlər və qeyri-sabitlik insanların ərzaq və başqa əsas məhsulların davamlı tədarükünə çıxışını kəsib.

Rusiya beş ay öncə işğala başlayandan bəri ölkə iqtisadiyyatı tənəzzül edir. Kəskin döyüşlər kütləvi insan axınına səbəb olub. Belə ki, təxminən 5 milyon insan başla ölkələr qaçıb. Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatı Ukrayna daxilində 7 milyon insanın didərgin düşdüyünü bildirir.

Firi deyir ki, ailələrin iqtisadi vəziyyəti ağırdır və Ukraynada hər üç ailədən biri kifayət qədər qida ala bilmir. O deyir ki, ölkənin şərq və cənubunda, döyüşlərin xüsusilə intensiv olduğu bəzi hissələrdə bu göstərici hər iki ailədən birinə bərabərdir.

“Dünya Ərzaq Proqramı Ukraynada ərzaq və ya nağd pul paylamaqla yardımı sürətlə genişləndirib və iyun ayında 2,6 milyon insana yardım çatdırıb, cəbhə xəttinə yaxın ərazilərə çatdırmaq üçün isə tərəfdaşlarla işləməyə davam edir,” o deyir. “Həmin ərazilərdə döyüşlər insanların, xüsusilə yaşlılar və uşaqlı ailələrin ərzaqlara çıxışının qarşısını alır.”

Firi deyir ki, Dünya Ərzaq Proqramı Ukraynanın çökən iqtisadiyyatına təkan vermək üçün ölkə daxilində mümkün qədər ərzaq almağa çalışır. O bildirir ki, təşkilat banklar və bazarlara çıxışında olduğu yerlərdə insanlara nağd pul yardımı edir ki, bu da onlara ərzaqla bağlı qərarları özlərinin vermələrinə imkan yaradır.

“Dünya Ərzaq Proqramı aprel ayından bəri 1.9 milyona yaxın insana ümumilikdə 140 milyon dollar dəyərində nağd pul və kupon ötürüb. Qalanlarına isə başqa cür yardımlar edilib,” Firi deyib. “İnsanlar qeydiyyatdan keçəndən sonra 72 sat ərzində nağd pul alırlar. Xərclənən hər bir dollar birbaşa yerli iqtisadiyyata daxil olur.”

Firi deyir ki, Dünya Ərzaq Proqramı həmçinin qonşu ölkələrdə 300 mindən çox ukraynalı qaçqını ərzaq yardımı ilə təmin etməyə hazırlaşır. O deyir ki, bu əməliyyata onlara ev sahibliyi edən icmalara da dəstək daxildir.

Misal üçün, o deyir ki, ukraynalı qaçqınlara ev sahibliyi edən təxminən 15 min moldovalı ailə üçün ikinci raund nağd pul yardımı artıq yoldadır. Onun sözlərinə görə, bu pul onlara qaçqınları yedirmək və onlara qayğı göstərmək üçün lazım olan xərcləri azaltmağa kömək edəcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG