Accessibility links

Ölümə səbəb olan kütləvi mesajlar WhatsApp-i dəyişikliklərə məcbur etdi


21 yaşlı Satiş Bhaykre kütləvi şəkildə paylaşılan saxta WhatsApp mesajları nəticəsində evinə hücum edən kütlə tərəfindən öldürüb
21 yaşlı Satiş Bhaykre kütləvi şəkildə paylaşılan saxta WhatsApp mesajları nəticəsində evinə hücum edən kütlə tərəfindən öldürüb

WhatsApp Hindistanda 200 milyon istifadəçisi üçün dəyişikliklər edəcəyini bildirib. Bu elan, ölümcül hücumla nəticələnən kütləvi mesajların yayılmasından sonra baş verib.

Hindistan hökuməti mesajlaşma platformasını bu hadisəyə görə məsuliyyətə və cavabdehliyə çağıraraq, WhatsApp-ı bağlı şikayətini məhkəməyə ünvanlayacağı deyib. İnformasiya Texnologiya Nazirliyi bu cür hadisələrə sakit izləyici kimi yanaşa bilməyəcəklərini bildirib.

Facebook-un sahib olduğu WhatsApp tətbiqetməsi dəyişiklilər haqqında elanında hindistanlı istifadəçilərin aldıqları mesajları digərlərinə ötürmək imkanlarını məhdudlaşdıraraq, istifadəçilərin həmin mesajları eyni anda yalnız beş nəfərə göndərə biləcəyi bildirib.

WhatsApp-ın yaydığı elanda əlavə edilir ki, tətbiqetmədə sürətli ötürmə düyməsini də yığışdırılacaq.

Hər iki addım mesajların kütləvi ötürülməsinin qarşsını almaq məqsədilə atılıb. Hindistan WhatsApp-ın ən çox istifadəçisi olan ölkədir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG