Accessibility links

Ağ Evin artıq yeni pişik sakini var


Prezident Co Bayden və birinci xanım Cill Bayden nəhayət çoxdan söz verdikləri kimi ev heyvanlarının arasına pişik əlavə ediblər.

Onun adı Villoudur və o, Pensilvaniyadan olan 2 yaşlı yaşıl gözlü, boz və ağ rəngli ferma pişiyidir.​

Birinci xanımın sözçüsü Maykl LaRosa, Villounun sevimli oyuncaqları, yeməkləri və iyləmək və kəşf etmək üçün çoxlu ərazisi olan Ağ Evə yerləşdiyini deyib.

Cill Bayden 2020-ci ilin noyabrında Co Bayden seçildikdən sonra Ağ Evə bir pişik gətirəcəklərini demişdi, lakin onun gəlişi ləngimişdi. Keçən ay Ağ Ev pişiyin yanvarda gələcəyini bildirmişdi.

Birinci xanım pişiyə doğulub böyüdüyü Pensilvaniya ştatının Villou Qrov (Willow Grove) şəhərinin şərəfinə Villou (Willow) adını verib.

LaRosanın bildirdiyinə görə, bu qısa saçlı pişik 2020-ci ildə Pensilvaniyada seçki kampaniyası zamanı səhnəyə atlandıqdan və Çill Baydenin sözlərini kəsdikdən sonra onda olduqca yaxşı təəssürat yaradıb.​

"Onlar arasında yaranan əlaqəni görən ferma sahibi Villounun doktor Baydenə aid olduğunu düşünüb" o deyib.​

Prezident Corc Buşun pişiyi olan “İndia”dan bəri Ağ Evin pişik sakini olmayıb.

Bundan öncə dekabr ayında prezidentin qardaşı Ceyms Bayden və onun həyat yoldaşı Sara Co Baydenə ad günü hədiyyəsi olaraq “Komandir” adlı Alman çoban itini vermişdi.

Baydenlərin Ağ Evdə "Komandir" dən əvvəl daha iki alman çoban iti - Çamp və Mayor var idi.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Soçidə Ərdoğanla görüşüb
please wait

No media source currently available

0:00 0:12:02 0:00
XS
SM
MD
LG