Accessibility links

Ağ Ev Konqresdən İsrail, Ukrayna və digər xərclər üçün 105 milyard dollar istəyib


Ağ Ev Konqresdən Ukrayna və İsrailə təhlükəsizlik, eləcə də Qəzzadakı insanlara humanitar yardımı artırmaq üçün 105 milyard dollar istəyib. Konqresə rəsmi müraciət cümə günü, prezident Co Baydenin Oval Ofisdən Amerika xalqına Ukrayna və İsrailin müharibə səylərini maliyyələşdirməyə davam etməklə bağlı müraciətindən bir gün sonra edilib.

Yardıma Ukraynada müdafiəyə dəstək üçün 61,4 milyard dollar, İsrailə 14,3 milyard dollar, hər iki ölkəyə, həmçinin Qəzzadakı insanlara humanitar yardım və digər ehtiyaclar üçün 9,15 milyard dollar daxildir.

Prezidentin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan jurnalistlərə "Tələb olunan bu məbləğ Amerikanın milli təhlükəsizliyini artırmaq və Amerika xalqının təhlükəsizliyini təmin etmək üçün vacibdir" deyib.

Lakin Nümayəndələr Palatasının Respublikaçı nümayəndələri bu ayın əvvəlində əvvəlki spikeri vəzifəsindən azad etdikdən sonra hələ də spiker seçmədiklərinə görə, maliyyə tələbi hələ ki, Konqresdə ilişib qalıb.

Ohayo ştatından Respublikaçı Cim Cordan əvvəlki iki cəhdi uğursuzluğa uğradıqdan sonra cümə günü yenidən öz partiyasından spikerliyə lazım oluğundan çox az səs toplayıb.

Forum

XS
SM
MD
LG