Accessibility links

Ağ Ev Müxbirlər Assosiasiyasının şam yeməyində Bayden diqqət mərkəzində olacaq


ABŞ Prezidenti Co Bayden.
ABŞ Prezidenti Co Bayden.

ABŞ Prezidenti Co Bayden şənbə günü Vaşinqton ənənəsini bərpa edərək, Ağ Ev Müxbirlər Assosiasiyasının şam yeməyində çıxış edəcək. O, 2016-cı ildən bəri bu tədbirdə çıxış edən ilk prezident olacaq.

Tədbir son iki ildir COVID-19 pandemiyası səbəbilə təxirə salınırdı, ondan öncə isə Donald Tramp tərəfindən boykot edilmişdi. Bu ilki tədbirdə komediyaçı Trevor Noah da çıxış edəcək.

Vaşinqtonda şənbə axşam keçiriləcək əsas tədbirdən əvvəl və sonra 20-dən çox Ağ Ev Müxbirlər Assosiasiyası ilə əlaqədar başqa tədbirlər keçiriləcək. Tədbirdə administrasiyanın bir sıra yüksək vəzifəli rəsmiləri ilə yanaşı, əyləncə dünyasından bir çox məşhur similar da iştirak edəcək.

Lakin son zamanlarda Vaşinqtonda, xüsusilə də jurnalistlərin aprelin əvvəlində Gridiron şam yeməyindən sonra COVID-19 hallarında artım səbəbilə Ağ Ev şam yeməyi üçün bir sıra ehtiyat tədbirləri görürlər.

Təşkilatçılar hər bir iştirakçıdan virusa qarşı testdən keçmələrini tələb edir, bəzi yüksək vəzifəli şəxslər, o cümlədən yoluxucu xəstəliklər üzrə mütəxəssis Dr. Antoni Fauçi isə şam yeməyinə qatılmağı rədd edib.

Ağ Ev bildirib ki, Bayden tədbirdə əlavə ehtiyat tədbirləri görəcək. Buna şam yeməyində iştirak etmədən, birbaşa çıxışlara qatılmaq daxildir. Bunu çərşənbə günü Ağ Evin mətbuat katibi Cen Psaki söyləyib. Bayden çıxış etmədiyi zaman maska da taxa bilər.

Baydenin orada toplaşan insanlara nə deyəcəyinə dair suala cavab olaraq Psaki “Mən gözləntiləri aşağa salaraq deyəcəm ki, heç gülməli olmayacaq” deyib.

Prezident son həftələrdə Ağ Evin tədbirlərində maskasız gəzib, ancaq həmin tədbirlərdə şənbə günü keçiriləcək şam yeməyində iştirakı gözlənilən 2500 jurnalist, Vaşiqnton rəsmiləri və məşhurlardan daha az insan iştirak edib.

Ağ Ev Müxbirlər Assosiasiyası 1914-ci ildə təsis olunub və 1921-ci ildən bəri demək olar ki, hər il şam yeməyi keçirib. Məqsəd prezidenti işıqlandıran müxbirləri mədh etmək və təqaüdlər üçün ianə toplamaqdır.

XS
SM
MD
LG