Accessibility links

Ağ Evdə Pasxa mərasimi keçirilib


Birləşmiş Ştatlar prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp bazar ertəsi Pasxa mərasimini qeyd etmək üçün Ağ Evdə minlərlə uşağı və onların valideynlərini qəbul edib.

Prezident, birinci xanım və onların 11 yaşlı oğlu Barron Pasxa dovşanı ilə birlikdə qonaqları Ağ Evin eyvanından salamladıqdan sonra Pasxa yumurtalarını yuvarlatmaq üçün Cənub Çəmənliyində toplaşan ailələrə qoşulub.

Ağ Evdə yumurta yuvarlatmaq mərasimi 1878-ci ildən bəri Pasxa bayramından bir gün sonra keçirilir.

Bu il Ağ Evdəki mərasimdə iştirak etmək üçün Vaşinqton ərazisindəki məktəb şagirdlərinə və hərbi qulluqçuların ailələrinə 21 min bilet paylanıb.

Bir il əvvəl sabiq birinci xanım Mişel Obamanın pop-ulduzlar, məşhurlar, aşbazlar və peşəkar idmançıları dəvət etdiyi Pasxa karnavalına 35 minə qədər insan toplaşmışdı.

XS
SM
MD
LG