Oktyabrın 20-i Ağ Evdə tərəvəz məhsullarının toplanması günü olub. ABŞ-ın birinci xanımı Mişel Obama Ağ Evin həyətindəki bostanda uşaqlarla tərəvəz toplayıb. Mişel Obama və Vaşinqton məktəblərinin şagirdləri bostanda yetişən şirin kartof, qabaq və yer kökünü toplayıb arabalara yığıblar. Ağ Evin mətbəxinin aşbazları tərəvəz məhsullarını qablara yığıb çəkiblər. Ən böyük şirin kartofun çəkisi 2 kiloqramdan artıq olub.
Ağ Evdə tərəvəz məhsullarının toplanması günü olub
- Amerikanın səsi
