Accessibility links

Ağ Ev ABŞ-ın Rusiyanın təcavüzündən qaçan 100 minə yaxın insanı qəbul etməyi planlaşdırdığını bildirib


Ağ Evin cümə axşamı bildirdiyinə görə, ABŞ Rusiyanın Ukraynaya təcavüzündən qaçan 100 minə yaxın ukraynalı və başqa millətləri qəbul etməyi planlaşdırır.

Ağ Ev öz internet səhifəsində verdiyi açıqlamada bu planın “Rusiyanın Ukraynadakı müharibəsindən” zərər çəkmiş bütün insanlara yardım üçün 1 milyard dollarlıq humanitar yardım paketinin bir hissəsi olduğunu bildirib.

Ağ Ev bildirib ki, əksər ukraynalıların ailələrinə və evlərinə yaxın Avropada qalmağı seçmələrini gözləsə də, qaçqınlar ABŞ-ın Qaçqınların Qəbul Proqramı və digər qanuni yollar vasitəsilə qəbul olunacaq. Bəyanatda həmçinin deyilir ki, ABŞ-da ailə üzvləri olan ukraynalılara yönəlmiş yeni proqramların genişləndirməsi və inkişaf etdirilməsi planlaşdırılır.

ABŞ hökumətinin qaçqınlara yardım, humanitar köçürmələr və onların qəbulunu təmin etmək üçün Avropa İttifaqı ilə sıx əməkdaşlıq etdiyi bildirilib.

Ağ Evin bəyanatında eləcə də yeni humanitar paketin “Rusiyanın təcavüzündən” təsirlənənlərə ərzaq təhlükəsizliyi, sığınacaq, təmiz su, tibbi ləvazimatlar və digər yardım formalarının təmin edilməsi üçün maliyyə vəsaitini də əhatə edəcəyi deyilib.

Paketə Ukraynaya və onun qonşularına demokratiya və insan haqlarını maliyyələşdirmək üçün 320 milyon dollar vəsait də daxildir.

Ağ Ev fevralın 24-dən bəri Birləşmiş Ştatlar Ukraynadan qonşu ölkələri və Avropa İttifaqına qaçan milyonlarla insanı qəbul etmək və onlara ev sahibliyi etmək üçün 23 milyon dollardan çox vəsait ayırıb. Bu vəsait Polşa, Moldova, Rumıniya, Macarıstan və Slovakiya arasında bölünəcək.

ABŞ prezidenti Co Bayden Ukraynaya hərbi, iqtisadi və humanitar yardımın növbəti mərhələsini Qərb müttəfiqləri ilə koordinasiya etmək üçün çərşənbə günü Brüssel və Varşavaya səfər edib. Qərb müttəfiqləri ölkəyə yardımın növbəti mərhələsini koordinasiya edəcək.

Bayden həmçinin qonşu Polşaya axan milyonlarla insan da daxil olmaqla, əlavə yardım elan edəcək və prezident Andjey Duda ilə görüşəcək.

“Polşa Birləşmiş Ştatların şərq cinahını müdafiə etməyə və möhkəmləndirməyə kömək etmək üçün xeyli sayda qüvvə toplandığı yerdir. Polşa təkcə Ukraynadakı müharibə ilə deyil, Rusiyanın Belarusa hərbi qüvvə yerləşdirməsi ilə də mübarizə aparmalıdır” – deyə, Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.

Ağ Ev Baydenin Polşada olarkən qaçqınlara baş çəkəcəyi ilə bağlı fərziyyələri təsdiqləməyib. O, Prezidentin müharibə zonasına girməsi təhlükəsi nəzərə alınaraq Ukraynaya səfər etməyəcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG