Accessibility links

ÜST: Dünya əhalisinin azı 70%-i iyul ayınadək peyvənd olunmalıdır


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) cümə axşamı dünya ictimaiyyətini bu ilin iyul ayına qədər əhalisinin azı 70%-nin peyvənd olunmasını təmin etməyə çağırıb və bu baş verənə qədər pandemiyanın bitməyəcəyini bildirib.

Agentliyin Cenevrədəki baş qərargahında COVID-19-la bağlı keçirilən brifinqi zamanı ÜST-ün Baş Direktoru Tedros Adhanom Ghebreyesus zəngin dövlətləri COVID-19-un sürətli müalicəsi və etibarlı testləri ilə bütün ölkələri təmin etməyə çağırıb.

Tedros deyib ki, vəziyyət 2021-ci ilin sonuna qədər yaxşılaşsa da, ümumilikdə peyvənd və müalicədəki bərabərsizlik ilin ən böyük uğursuzluğu olub. O, bəzi ölkələrin pandemiyanın qarşısının alınması üçün kifayət qədər qoruyucu vasitələrə, testlərə və peyvəndlərə malik olsa da, "bir çox ölkənin fundamental ehtiyaclarını ödəməsi üçün sadə bazalarının olmadığını" deyib.

Tedros COVID-19-a səbəb olan virusun təkamül etməyə davam edəcəyini və kollektiv reaksiya yaxşılaşmadığı təqdirdə dünyanın səhiyyə sistemlərinə təhdid olacağını bildirib.

Cons Hopkins Koronavirus Resurs Mərkəzinin məlumatına görə, pandemiya təxminən iki il əvvəl başlayandan bəri Avropada koronavirusa yoluxma hallarının sayı 100 milyonu keçib. Dünya boyu təxminən 290 milyon yoluxma halı qeydə alınıb.

Bu arada, səhiyyə üzrə beynəlxalq müdafiəçilər və ekspertlər qrupu yüksək yoluxucu omikron variantının yayılmasının qarşısını almaq üçün bu il dünya boyu 22 milyard dozada mRNT peyvəndi tətbiq edilməsini tələb edib. Komanda proqnozlaşdırılan 7 milyard dozadan iki dəfə çox - əlavə 15 milyard doza mRNT vaksinin istehsalına çağırıb.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG