Accessibility links

ÜST: Meymun çiçəyi xəstəliyi qlobal sağlamlıq sahəsində fövqəladə haldır


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus şənbə günü media brifinqində bildirib ki, sürətlə yayılan meymun çiçəyi qlobal səhiyyə sahəsində fövqəladə vəziyyət təşkil edir.

ÜST-ün bunu “ictimai sağlamlıq sahəsində beynəlxalq narahatlığa səbəb olan fövqəladə vəziyyət” adlandırmasının məqsədi koordinasiya edilmiş beynəlxalq reaksiyaya ehtiyacın olduğu barədə həyəcan təbili çalmaq üçün nəzərdə tutulub və vaksin və müalicələrin bölüşdürülməsi üzrə əməkdaşlıq üçün maliyyənin ayrılmasına və qlobal səylərə gətirib çıxara bilər.

Meynum çiçəyinə qarşı artıq təsirli müalicə üsulları və vaksinlər mövcuddur, ancaq onların tədarükü azdır. ÜST həmçinin xəstəlik may ayında yayılmağa başlayancan bəri məsləhətlər irəli sürür.

Təşkilat ekspert komitəsinin ilk iclasında xəstəlik yayılmağa davam etdiyi təqdirdə fövqəladə vəziyyət elan etməklə bağlı mövqeyini yenidən nəzərdən keçirə biləcəyini deyib.

Avropa və Birləşmiş Ştatlarda xəstəlik, demək olar, əsasən kişilərlə cinsi əlaqəyə girən kişilər arasında yayılıb. Komitə həmçinin başqa qruplar, xüsusilə də uşaqlar arasında xəstəliyə yoluxma halları artdığı təqdirdə mövqeyini nəzərdən keçirəcəyini bildirib.

Birləşmiş Ştatlar cümə günü iki uşaqda meymun çiçəyi aşkarlandığını bildirib.

Komitə bildirib ki, yaxın təmasla yayılan və yaralar və qripə bəznər simptomlara səbəb olan virusun özündə həra hansı bir dəyişiklik də qrupun mövqeyində dəyişikliyə gətirib çxara bilər.

Mənbələr bildirir ki, qrupda hazırda fövqəladə vəziyyət elan etməyin xəstəliyin qarşısını almaq səylərini sürətləndirəcəyinə inanan insanlarla, onun yeni qrup insanlar arasında yayılmaması və ya ölüm səviyyəsinin yüksək olmaması səbəbilə fövqəladə vəziyyət kriteriyasına uyğun olmadığını düşünən insanlar arasında fikir ayrılığı yaşanır.

XS
SM
MD
LG