Accessibility links

ÜST: Ukrayna münaqişəsi tibbi yardımın çatdırılmasına əngəl olur


Ümumdünya Səhiyyə Təşkilatı bildirib ki, Ukraynada intensivləşən döyüşlər təcili tibbi ləvazimat və səhiyyə işçilərinin yardıma ehitacı olan bir çox insana çatmasının qarşısını alır.

Rusiya iki ay öncə Ukraynanı işğal edəndən bəri Ümumdünya Səhiyyə Təşkilatı 218 ton təcili tibbi ləvazimat çatdırıb. Onların təxminən üçdə ikisi nəzərdə tutulduğu kimi ölkənin şərqi və şimalında ehtiyacın ən çox olduğu yerlərə çatıb.

ÜST çərşənbə axşamı Lvivdəki anbarından 15 generatoru çıxarıb və onları bu həftə ölkə boyu xəstəxanalara çatdırmağı planlaşdırır. Lvivdə ÜST-ün sözçüsü Banu Batnaqar deyib ki, onlaırn üçü Ukraynanı şərqində Luhanks və Donetskə göndəriləcək. Orada ağır döyüşlər gedir, enerji təchizatına böyük ziyan dəyib.

O deyib ki, digər generatorlar Rusiyanın ağır atəşlərinə məruz qalan Xarkiv və mühasirəyə alınan Mariupol şəhəri üçün nəzərdə tutulub.

"Biz yalnız personalımız və onların daşıdığı dəyərli yükün təhlükəsizliyini təmin etdə bildiyimiz zaman generatorları son təyinat yerlərinə çatdıracağıq. Bu generatorlar enerji təchizatının məhdud və ya mövcud olmadığı xəstəxanaların tibbi və cərrahi bölmələrinin minimum enerji tələbatını qarşılamağa kömək edəcək," o deyib.

Batnaqar deyib ki, etibarlı enerji təchizatına çıxış çox vacibdir və qeyd edir ki, elektriyin hətta bir anlıq kəsilməsinin belə pasientlər üçün ciddi nəticələri ola bilər. O deyib ki, bu təhlükəli mühitdə pasientləri müalicə etmək getdikcə çətinləşir.

O deyib ki, ÜST indiyədək səhiyyə müəssisələri, təcili yardım maşınları və tibb işçilərinə 147 hücum qeydə alıb. O əlavə edib ki, nəticədə azı 73 nəfər ölüb, 52 nəfər yaralanıb. Onun sözlərinə görə, bu cür hücumlar köməyə ehiyacı olan insanlara yardım çatdırmaq səylərinə xələl gətirir.

"Ölkənin müəyyən yerlərində döyüşlər bizim bəzi ərazilərdəki tədarük zəncirimizi təhlükəyə ata bilər. Biz bu riskin qarşısını almaq üçün Səhiyyə Nazirliyinə ianələrimizi artırırıq. Biz, həmçinin təchizatları əvvəlcədən əlavə yerlərə yerləşdirməyi nəzərdən keçiririk ki, onların təsirə məruz qalan ərazilərə çatdırmaq üçün anbarlar şəbəkəsini quraq," Batnagar deyib.

Mariupol müharibə başlayandan bəri Rusiya qüvvələri tərəfindən ağır bombardmana məruz qalıb. Şəhər dağılıb, minlərlə insanın öldürüldüyü, əlavə minlərlə insanın isə şəhərdə ilişib qaldığı deyilir.

Batnaqar deyib ki, ÜST ən çox Mariupolun səhiyyə sistemindən narahatdır. O bildirib ki, şəhərə heç kəsin çıxışı yoxdur. Amma o əlavə edib ki, ÜST generatorlar və başqa təchizatları yaxınlıqdakı ərazilərdə yerləşdirir. Bunun məqsədi təşkilatın mümkün olduğu anda şəhərə həyat qurtaran dərman və avadanlıq çatdıra bilməsidir.

XS
SM
MD
LG