Accessibility links

Wikileaks açıqlamalarında adları hallanan şəxslərə xəbərdarlıq edilib


Wikileaks açıqlamalarında adları hallanan şəxslərə xəbərdarlıq edilib
Wikileaks açıqlamalarında adları hallanan şəxslərə xəbərdarlıq edilib

ABŞ rəsmiləri bildirir ki, Dövlət Departamenti adları Wikileaks açıqlamalarında çəkilən yüzlərlə diplomatı həyatlarına potensial təhlükəni nəzərə almağa çağırıb. New York Times qəzeti yazır ki, departament kiçik syda xarici hökumət rəsmiləri, biznesmenlər və insan haqları fəallarını təhlükəsiz məkanlara köçürüb. Obama administrasiyasının rəsmiləri indiyədək açıqlanmış diplomatik teleqramların nəticəsi olaraq şəxslərin fiziki hücuma yaxud həbsə məruz qaldığınan bixəbər olduqlarını deyirlər. Lakin rəsmilər bildirir ki, bir çox dissidentlər hökumətlər tərəfindən müntəzəm olaraq təqiblərə məruz qalır və bunun səbəbini müəyyən etmək çətin olur. ABŞ rəsmiləri və insan haqları qrupları Wikileaks vebsaytında Əfqanıstan müharibəsinə dair minlərlə sənədin açıqlanmasını tənqid ediblər. Belə ki, bu sənədlərdə hallanan adlar çıxarılmamışdı. Wikileaks sonradan sirli sənədləri açıqlayarkən günahsız tərəflərin adlarını silməyə qərar verdi.

XS
SM
MD
LG