Accessibility links

Meşə yanğınları bir çox ölkədə ölüm və dağıntılara səbəb olub


Aralıq dənizinin geniş əraziləri çərşənbə axşamı yay fəslinin şiddətli isti dalğası ilə üzləşib. Yanğınsöndürənlər bölgədə baş qaldıran yanğınları söndürmək üçün mübarizə aparıblar.

Əlcəzairdə azı 34 nəfər ölüb. Çərşənbə axşamı Xorvatiyada alovlar orta əsrlərə aid Dubrovnik şəhərinin 12 kilometrliyinə yaxın əraziyə qədər çatıb.

Yunanıstan xüsusilə ağır zərbə alıb. Rəsmilər son günlər Rodos adasının cənubundakı evlərdən və istirahət məkanlarından 20 mindən çox insanı təxliyə edib.

Nəqliyyat Nazirliyinin rəqəmlərinə görə, çərşənbə axşamı 3 minə yaxın turist təyyarlərlə evlərinə qaytarılıb və tur-operatorlar qarşıdan gələn səfərləri ləğv edib.

Su səpən təyyarənin Afinanın şərqindəki Evia adasındakı Karistos şəhəri yaxınlığında qayaya dəyərək qəzaya uğraması nəticəsində iki yanğınsöndürən pilot həlak olub.

İtaliyanın şimalında şiddətli fırtınalar bir qadın və 16 yaşlı bir qızın ölümünə səbəb olub. Ölkənin cənubunda yataq xəstəsi olan 98 yaşlı kişi evini alov bürüməsi nəticəsində dünyasını dəyişib.

Yanğınlar Portuqaliya və İspaniyanın Qran-Kanariya ərazisini də bürüyüb.

Hökumətin məlumatlarına görə, ABŞ-ın Cənubi Florida ətrafındakı okean sularının temperaturu bu həftə isti vanna temperaturu səviyyəsinə yüksəlib. Milli Okean və Atmosfer Administrasiyasının məlumatlarına görə, Manati körfəzinin sularında bazar ertəsi günortadan sonra temperatur Selsi ilə 38 dərəcədən yüksək səviyyədə qeydə alınıb. Quruda, cənub-qərbdə səhra bölgəsi, Texas ştatının mərkəzi və orta qərb bölgəsindən şimalda qədər uzanan ərazilər üçün yüksək istiliklə bağlı xəbərdarlıq edilib.

İyul ayı ərzində ekstremal hava şəraiti planetdə fəsadlar törədib. Çin, ABŞ və Cənubi Avropada rekord temperatur meşə yanğınlarına, su qıtlığına və istiliklə bağlı xəstəxanalara yerləşdirilmə hallarının artmasına səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrailin baş naziri müharibə kabinetini buraxıb
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG