Ukrayna prezidenti Niderland və Danimarkanın ölkəsini F-16 döyüş təyyarələri ilə təmin etmək qərarını “tarixi və ruhlandırıcı” adlandırıb. Qərb müttəfiqləri Vaşinqtonun razılığından sonra Ukraynanı onlarla texniki cəhətdən qabaqcıl təyyarələrlə təmin edəcək.
Bazar ertəsi Danimarkaya səfər edən Ukrayna Prezidenti Volodimir Zelenski F-16-nın pilot kabinəsinə daxil olub. Kyiv aylarla davam edən cəhdlərdən sonra Qərb təyyarələrinin çatdırılmasını təmin edib.
Zelenski Danimarka parlamentində nitqindən sonra parlament binası qarsışında dəstəklərini sərgiləmək üçün toplaşan minlərlə insan qarşısında çıxış edib.
"Mən sizə və bütün Danimarkaya azadlığı müdafiə etmək üçün verdiyiniz bütün silahlar üçün və üzərində razılaşdığımız F-16-lar üçün təşəkkür edirəm. Çox sağ olun!," Zelenski deyib.
Danimarka 19 F-16 verməyi planlaşdırır. Ukrayna pilotlarına artıq təlimlər keçirilir. Ümid olunur ki, ilk döyüş təyyarələri bu ilin sonunda çatdırılacaq. Zelenskinin bazar günü ziyarət etdiyi Niderland 42 F-16-sının olduğunu bildirib. Hər iki müttəfiq donanmalarına daha müasir beşinci nəsil döyüş təyyarələri əlavə edir.
İşğalçı Rusiya qüvvələri hazırda böyük hava üstünlüyünə malikdir, ancaq Ukraynanın müasir Qərb sistemləri ilə gücləndirilmiş hava hücumundan müdafiə qüvvələri də effektivdir.
Ukraynanın mövcud donanması köhnələn Sovet dövründən qalma təyyarələrdən ibarətdir.
Amerika istehsalı F-16-lar Rusiya təyyarələri, raketləri və dronlarından müdafiəyə kömək edəcək və eyni zamanda Ukraynanı Rusiyanın nəzarətində olan ərazilərin dərinliklərində yüzlərlə kilometr uzaqdakı hədəfləri təhlükəsiz şəkildə vurmaq imkanı ilə təmin edəcək.
Müdafiə analitiki Patrik Buri.
“Yerdə momentum qazanmaq üçün, həqiqətən də köhnə blitzkirq anlamında, havadan-yerə hücum qabiliyyətinə, yəni havadan səthə hücum qabiliyyətinə malik olmalısınız. F-16 da bunu edə bilər. Və nəhayət F-16 düşmənin hava hücumundan müdafiə sistemlərini dəf etməkdə və ya məhv etməkdə olduqca yaxşıdır ki, bu da çox mühümdür,” o deyir.
Ukrayna Rusiyanın 2022-ci ilin fevralında hərbi müdaxiləyə başlamasından bəri F-16-lar istəyir, ancaq Qərb müttəfiqləri müharibənin eskalasiya etməsindən qorxudları üçün bundan yayınırdılar. Ukrayna pilotlarına təlim keçmək aylarla vaxt aparacaq.
Buri deyir ki, bu gecikmə baha başa gələ bilər.
"Düzünü desəm, məncə onlar çox gec gəlir. Siyasət irəliləyir. Biz nə olacağını görəcəyik. Ukraynanın gələn yay hücumunun ikinci versiyasına keçmək üçün kifayət qədər, təlim keçmiş və hazır F-16-larının olub-olmayacağını -bunun üçün siyasi iştah və maliyyə iştahının olub-olmayacağını görəcəyik," o bildirir.
Hələ ki, Ukraynanın yayda apardığı quru hücumu minimal hava dəstəyi ilə yavaş irəliləyir
Analitiklər deyir ki, Qərbin Ukraynanı F-16-larla təmin etmək qərarı Ukraynanın Rusiyanın aüressiyasını dəf etmək üçün uzun-müddətli imkanlarını artırmaq məqsədi daşıyır.
Forum