Bu gün ABŞ-da federal məhkəməsi Viskonsində prezident seçkilərinin nəticələrinin yenidən hesablanmasının qarşısının alınmalı olub-olmamasına dair qərar çıxaracaq.
Tramp tərəfdarı iki qrup - Möhtəşəm Amerika PAC və Hillariyə Yox PAC dekabrın 1-də səslərin yenidən hesablanmasının qarşısının alınması üçün federal məhkəməyə müraciət etmişdi. Hakim Ceyms Peterson Madisonda ifadələri dinləyəcək.
ABŞ-ın növbəti prezidenti seçilmiş Donald Tramp ştatda rəqibi Hillari Klintonu 22 min səs fərqi ilə üstələmişdi. Yaşıllar Partiyasından prezidentliyə namizəd Cill Steyn səsvermə aparatlarının hak edilib-edilməməsini müəyyənləşdirmək üçün səslərin yenidən hesablanmasını tələb etmişdi.
Tramp tərəfdarı iki qrup - Möhtəşəm Amerika PAC və Hillariyə Yox PAC dekabrın 1-də səslərin yenidən hesablanmasının qarşısının alınması üçün federal məhkəməyə müraciət etmişdi. Hakim Ceyms Peterson Madisonda ifadələri dinləyəcək.
Steynin seçki kampaniyasının veb səhifəsində yerləşdirilən məqalədə deyilir ki, Viskonsində istifadə edilən səsvermə aparatlar "hak edilməyə və viruslu proqramların ötürülməsinə" açıqdır. Orada bu aparatların təhlükəsizlik funksiyalarının az olduğu bildirilir.
Ştat dekabrın 13-dən səslərin yenidən hesablanmasını başa çatdırmalıdır.
Steyn yazmışdı ki, Viskonsin, Miçiqan və Pensilvaniyada səslərin yenidən hesablanmasına dəstək üçün tərəfdarlar 5 milyon dollar toplayıb. Onun sözlərinə görə, bu üç ştatda səslərin yenidən hesablanması prosesini həyata keçirmək üçün 7 milyon dollara ehtiyac var.