Accessibility links

ABŞ-da Seçkilər: Viskonsində səslər yenidən hesablanacaq


ABŞ-da Yaşıllar Partiyasında sabiq prezidentliyə namizəd Cill Steyn Viskonsin ştatında səslərin yenindən hesablanmasını tələb edən petisiya göndərib.

Viskonsin ştatı Seçkilər Komissiyasının administratoru Mayk Haas deyib ki, Steyn və başqa bir qrup müraciət üçün müddət başa çatmamışdan qısa zaman öncə yenidən hesablanma tələb ediblər. Komissiya bildirib ki, ABŞ prezident seçkiləri uğrunda seçkilərdə ştatboyu səslərin yenidən hesablanması ilə bağlı hazırlıqlar gedir.

İndi biz Viskonsin və Pensilvaniyanın (müraciət üçün son müddət bazar ertəsi günüdür) yenidən hesablanmasının maliyyəsini toplamışıq. Yerdə qalan pulun da toplanmasına çalışacağıq ki, Miçiqanda da səslərin yenidən hesablanmasına nail ola bilək/
Cill Steyn

Xanım Steynin seçki kampaniyasının veb səhifəsində yerləşdirilən məqalədə deyilir ki, Viskonsində istifadə edilən səsvermə aparatlar "hak edilməyə və viruslu proqramların ötürülməsinə" açıqdır. Orada bu aparatların təhlükəsizlik funksiyalarının az olduğu bildirilir.

Ştat dekabrın 13-dən səslərin yenidən hesablanmasını başa çatdırmalıdır.

Dünən səhər Steyn yazmışdı ki, Viskonsin, Miçiqan və Pensilvaniyada səslərin yenidən hesablanmasına dəstək üçün tərəfdarlar 5 milyon dollar toplayıb. Onun sözlərinə görə, bu üç ştatda səslərin yenidən hesablanması prosesini həyata keçirmək üçün 7 milyon dollara ehtiyac var.

"İndi biz Viskonsin və Pensilvaniyanın (müraciət üçün son müddət bazar ertəsi günüdür) yenidən hesablanmasının maliyyəsini toplamışıq. Yerdə qalan pulun da toplanmasına çalışacağıq ki, Miçiqanda da səslərin yenidən hesablanmasına nail ola bilək" - deyə Steyn vebsaytında bildirib.

Xatırladaq ki, Tramp bu Viskonsin, Pensilvaniya və Miçiqanda cüzi fərqlə Klinton üzərində qələbə qazanmışdı.

XS
SM
MD
LG