“Wolt Azərbaycan” şirkətinin 100-dən çox işçisi aprelin 22-də işə çıxmayıb. Onlar maaş artımı tələbilə şirkətin mobil proqramını dondurub.
İşçilərin Facebook şəbəkəsində yaydığı məlumata əsasən, maaş artımı tələb edəndə şirkətdən hədə-qorxu gəlirlər ki, növbədə gözləyən yüzlərlə insan var.
"Səni psixoloji olaraq sındıraraq inandırırlar ki, sənin əhəmiyyətin yoxdur, sən sadəcə statistikasan, yüzlərlə kuryerdən birisən. Səndən növbədə yüzlərlədir" tətilçilərdən biri yazıb.
"Wolt Azərbaycan” şirkəti tətilçilərin tələbinə hələ münasibət bildirməyib.
Wolt, 2014-cü ildə Sluş Miki Kuusinin tərəfindən qurulub. Mənzil qərargahı Helsinki şəhərində yerləşir.
Wolt Bakıda 23 çox populyar restoran ilə işləyir və həm milli, həm də dünya mətbəxlərinin geniş seçimini təqdim edir.