Accessibility links

Yer kürəsi ən isti hava şəraiti ilə üzləşib


Yer planeti indiyədək ən isti aylarla üzləşib
please wait

No media source currently available

0:00 0:03:12 0:00

Yer kürəsi ən isti hava şəraiti ilə üzləşib

ABŞ-da təxminən 200 milyon insan bu yaxınlarda istilik və ya daşqın xəbərdarlığı altında idi. Bu arada, Hindistanın bəzi bölgələri su altındadır. Əfqanıstanda isə isti hava dalğası fonunda su qıtlığı yaşanır. İqlim üzrə alimlər bunun yeni normal hal ola biləcəyi barədə xəbərdarlıq edirlər.

Günəş ABŞ-ın cənub-qərbinundakı Arizona ştatının Feniks küçələrini yandırır. Demək olar ki, bütün iyul ayı temperatur Selsi ilə 43 dərəcə səviyyəsində və ya daha yuxarı olub. Burada "Zona" kimi tanınan çadır şəhərciyində yaşayan evsiz insanların səhra temperaturlu istidə ölmək ehtimalı yüksəkdir. Həddindən artıq isti hava şəraiti Feniks şəhərində insanları sərinləşmək üçün yaradıcı tədbirlər görməyə məcbur edib. "Zona" sakini Stefon Ceyms Devit Livenqud: "Şəhər Valley metrosundan avtobusları buraya göndərir. Onlar burada bir neçə saat qalacaq ki, biz onların içində oturub sərində qala bilək. Bu fərqli bir şeydir. Mən bunu əvvəllər heç yaşamamışdım. Bu, sərin qalmağın gözəl yoludur".

Mütəxəssislər deyirlər ki, şəhər icmaları şəhər planlaşdırmasının məhsulu olan istinin ən şox təsirlərinə məruz qalır. Ceremi Hoffman: "Bu həddindən artıq isti hava dalğaları qaradərili və aztəminatlı icmalar üçün qeyri-mütənasib dərəcədə təhlükəlidir. Belə ki, bu ərazilərdə daha az ağac və daha çox infrastruktur var. Məsələn, park yerləri və yollar günəş enerjisini daha çox çəkir və bu yerlərdə havanın temperaturunu qaldırır".

Bu davamlı yüksək temperatur bədənlərinin xəbərdarlıq siqnallarına məhəl qoymayan əhalinin ən sağlam üzvlərini belə təhdid edir. Stiv Qroşonq: "Əgər istidəsənsə, tərləməlisiniz. Əgər birdən-birə isti hiss edirsinizsə və tərləmirsinizsə, bu, sisteminizin qapanmağa başladığı deməkdir. Bədəninizdə kifayət qədər maye yoxdur və bu da sizi həyat üçün təhlükə yarada biləcək istilik vura bilməsi kimi yüksək riski qarşısında qoyur."

Feniks bu il istidən əziyyət çəkən tək bölgə deyil. Milli Hava Xidmətinin bildirdiyinə görə, keçən həftənin sonunda Birləşmiş Ştatlarda yaşayan insanların 60%-nə istilik və ya daşqın xəbərdarlığı edilib.

Bu arada, Hindistanın Meteorologiya Agentliyi bu il normadan 2% daha çox yağıntının olduğu, musson mövsümündə bir çox bölgədə çox güclü yağışlar barədə xəbərdarlıq edib. Təxminən 1600 hektar ərazinin daşqınlar altında qoyduğu yağışlar nəticəsində 100-dən çox insan həlak olub.

Alimlər deyirlər ki, musson yağışlarla müşayiət olunan yer sürüşmələri və daşqınlar iqlim dəyişikliyi səbəbindən daha qeyri-sabit olub.

Əfqanıstanın paytaxtında baş verənlər fərqli mənzərədir. Qlobal istilik dalğası və şiddətli quraqlıq Kabil sakinlərini yüksək qiymətlər ödəməyə və su üçün uzun məsafələr qət etmək məcburiyyəti qarşısında qoyub. Sakinlərdən biri Associated Press agentliyinə deyib ki, maaşının yarısını kirayə, qalanını isə suya verir.

İqlim üzrə alimlər deyirlər ki, bu ilin iyul ayı tarixdə ən isti ay olub. Bu isə o deməkdir ki, biz hamımız tarixin ən isti həftələrini və ehtimal ki, son 120 min ilin ən isti ayını yaşaışıq.

Forum

XS
SM
MD
LG