Dünya Bankının bildirir ki, Birləşmiş Ştatlarda və Şərqi Avropada baş vermiş quraqlığa görə ərzaq qiymətləri qlobal miqyasda olduqca yüksək səviyyəyə qalxır.
Beynəlxalq maliyyə agentliyinin verdiyi məlumata görə, iyul ayında ərzaq qiymətləri 10 faiz artmış, qarğıdalı və soya kimi həyat əhəmiyyətli məhsulların qiyməti isə ən yüksək hədə çatmışdır.
ABŞ-da və Şərqi Avropada yay mövsümü hava temperaturunun olduqca yüksək səviyyəyə çatması fermer torpaqlarının yanması və məhsulun qurumasına səbəb olmuşdur.
Dünya Bankı ərzaq məhsullarının beynəlxalq miqyasda ticarətini qeydə alan ərzaq qiymətləri indeksinin keçən illə müqayisədə bu il iyul ayında altı faiz artdığını bildirir.
Dünya Bankının bildirdiyinə görə, qarğıdalı və taxılın qiyməti 25, soyanın qiyməti isə 17 faiz artıb. Yalnız düyünün qiyməti 4 faiz enib.
Bankın prezidenti Jim Yonq Kim deyib ki, qiymətlərin artması əsas etibarilə Afrika və Yaxın Şərqdə milyonlarla insanın sağlamlığı və rifahını təhlükə altına qoyur.