Accessibility links

Dünyanın ən yaşlı liderləri


Dünyanın ən yaşlı liderləri
please wait

No media source currently available

0:00 0:03:05 0:00

Dünyanın ən yaşlı liderləri

Bizim dünyamız yaşlılar dünyasıdır. Onlar daha çox yaşayır və bu yaşlarında daha çox işlər görür. Bir çox siyasətçilər pensiya yaşlarından xeyli keçməsinə baxmayaraq, vəzifələrində qalır. Birləşmiş Ştatlar ölkənin prezidentliyə ən yaşlı iki namizədi ilə üzləşdiyi bir vaxtda Amerikanın Səsinin Vaşinqton üzrə baş müxbiri Karolin Presutti dünyanın hazırkı liderlərinin yaşlarını araşdırır.

90 yaşlı kamerunlu Pol Biya dünyanın ən yaşlı lideridir. O, keçən il ABŞ-Afrika Liderləri Sammitində köməkçisi ona tamaşaçıların onun çıxışını gözlədiyini dediyi zaman çaşqın görünür.

BİYA: "Demək istəyirsən ki, mən indi danışmalıyam? Harada?"

YARDIMCI: "Bunu oturaraq edə bilərsiniz."

BİYA: "Niyə?"

Biya parlamentin səlahiyyət müddətini uzatmasından, daha sonra müddət məhdudiyyətlərini aradan qaldırmasından sonra prezident vəzifəsini 40 il icra edib.

Kamerunlularla söhbət edən Amerikanın Səsi təhlükəsizlik baxımından onların üzlərini göstərmir. "Düşünürəm ki, rəhbərlik edən belə bir yaşlı adamın gənclərin əziyyət çəkdiyi problemlərdən xəbəri yoxdur" - deyə, Kamerunlu qadın bildirir.

Bir kişi isə "30 və ya 50 yaşında olmağınızdan asılı olmayaraq, hər kəs öz müddətini başa vurub getməlidir. Amma sənin kral ailəsi kimi gəlib hakimiyyəti ələ keçirməyin yaxşı deyil" deyir.

86 yaşında Papa Fransis ölkəni idarə etmir, lakin o, dünya katoliklərini idarə edir.

Yaşın əhəmiyyəti varmı?

Kosta Rikadan Karen Arias: "Düşünürəm ki, olar. İstisna edirəm, çünki o, dini liderdir. Bəlkə də siyasi xadimlər haqqında danışarkən özümü narahat hiss edərdim".

Ekvadordan Sara Molano: "İnanıram ki, illər insanlara başqalarına xidmət etmək üçün təcrübə gətirir."

Kolumbiyadan Melisa Qalindo: "Məhdudiyyət yalnız liderlər üçün deyil, həm də onlara məsləhət verən insanların yaş həddi olmalıdır."

İranın ali dini lideri Əli Xamenei 84 yaşındadır və o, Yaxın Şərqdə ən uzun müddət, 1989-cu ildə bəri hakimiyyətdə olan liderdir. İranlı amerikalılar səksəni keçmiş lider haqqında bunları deyir. Şirin Zənd Vəkili: "İslam Respublikası rejimində problem liderin yaşı deyil, problem sistemdir".

İranlı amerikalı Cəmşid Sedqi: "21-ci əsrin dünyası gənclərin dünyasıdır və bu gün mövcud olan biliklərlə vacib işləri onlar görməlidirlər".

2024-cü ildə Birləşmiş Ştatlar özünün ən yaşlı prezidentini seçə bilər – seçki günü prezident Co Baydenin 81 yaşı, Respublikaçılar Partiyasından prezidentliyə namizədliyi uğrunda mübarizə aparan Donald Trampın isə 78 yaşı olacaq.

Hər ikisində qocalıq əlamətləri var. Hazırkı prezident “Air Force One” üçün ən qısa pilləkənlərdən, şifahi səhvlər buraxmamaq üçün tez-tez qeyd vərəqlərindən istifadə edir.

Z nəslinə Şimali Karolina Universitetinin kampusunda müsahibə verən ölkənin ən gənc seçiciləri daxildir. Aleks Bleyk: "Yaşlanmağa başlayanda çoxlu sağlamlıq riskləri var və siz dünya liderinin infarkt keçirərək, birdən-birə yerə düşməsini istəməzsiniz.."

Bek Saliviç: "İnsanın nə qədər açıq fikirli olmasından asılıdır."

"Oxford University Press" tərəfindən dərc edilən bir araşdırmada deyilir ki, yaşlı liderlərin qocalıq haqqında mənfi stereotipləri güclü ola bilər, lakin yaşlı liderlər həm də əqli və fiziki cəhətdən vəzifəyə uyğun olduqlarını göstərərək, insanları təəccübləndirə bilər.

Forum

XS
SM
MD
LG