Accessibility links

Ümumdünya Səhiyyə Təşkilatının yeni rəhbəri bu quruma başçılıq edən ilk afrikalıdır


Ümumdünya Səhiyyə Təşkilatının yeni baş direktoru Dr. Tedros Adhanom Qebreyesus şənbə günündən etibarən beş il müddətlik vəzifəsinin icrasına başlayıb.

Efiopiyanın sabiq səhiyyə və xarici işlər naiziri bu təşkilata rəhbərlik edən ilk afrikalı oldu.

Tedros təşkilat rəhbərliyi seçkilərində britaniyalı və pakistanlı rəqiblərini böyük üstünlüklə qabaqlayıb. May ayında keçirilən seçkiləri üzv ölkələr ilk dəfə olaraq təşkilata rəhbər müəyyən edirdilər.

Yeni baş direktorun vəzifəsinin icrası dünya üzrə səhiyyənin inkişaf etdirilməsi üçün təşkilat büdcəsinin 2.2 milyard dollar azalmasına təsadüf edir.

Seçki qələbəsindən sonra Tedros bildirib ki, səhiyyə insan hüququdur və bu ideya Ümumdünya Səhiyyə Təşkilatının işinin əsas prinsipi olacaq.

Tedrosdan öncə təşkilat 10 il ərzində çinli Marqaret Çan rəhbərlik edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG