Accessibility links

Xabarovskda etirazlar davam edir


Şənbə günü Rusiyanın Xabarovsk şəhərində popuyar qubernatorun həbsinə qəzəblənən etirazçılar artıq dördüncü həftəsonudur küçələrə axışır.

Sergey Furqal iyul ayında qubernator olmadan əvvəl, 2004-2005-ci illərdə baş verən bir neçə cinayət işi ilə əlaqəli ittihamlarla hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. O, Moskvaya gətirilib və orada iki aylıq həbsə məhkum edilib.

Rusiyanın Çinlə sərhəddə yerləşən Uzaq Şərq regionundakı bu şəhərdə bir çox insan Furqala qarşı qaldırılan ittihamların və ötən həftə onun yerinə yeni qubernatorun təyin olunmasının siyasi motivli olduğuna inanır. Furqal 2018-ci ildə prezident Vladimir Putinin Vahid Rusiya partiyasından namizədi məğlub edərək qubernator seçilib.

“Bizim qubernatorumuz Sergey Furqalın başına gələnlər ədalətsizlikdir və bütün insan haqlarının pozuntusudur və mən buna biganə qala bilmərəm,” etirazçı Natalia Smoktunova bildirib.

Digər etirazçılar yaşayış səviyyəsinin azalmasına qəzəbli olduqların bildirib.

“Biz bu cür həyatdan bezmişik. Biz yoxsulluq səviyyəsindəki maaşlar və işsizlik deyil, uşaqlarımızın ehtiyacları olan hər şeyə -yaxşı məktəblərə, yaxşı həyata sahib olmalarını istəyirik,” Tatyana adlı etirazçı deyib.

Kreml Furqalı Dövlət Dumasının gənc deputatı Mixail Deqtiarevlə əvəzləyib.

“Xabarovsksda gözəl insanlar yaşayır. Onlar vicdanla işləyib və uşaqlarının və nəvələrinin gələcəyindən narahat olmadan ləyaqətlə yaşamaq istəyən zəhmətkeşlərdir. Amma burada azadlıq, ləyaqət və vicdan tapdalanır. Axı biz sivil dünyada yaşayırıq. Biz daha nə qədər buna dözə bilərik?" - etiraz edən təqaüdçü Nadejda Svobodnaya deyib.

Moskvadan 8 min kilometr uzaqda yerləşən Xabarovsk şəhərində etirazlar iyulun 11-də başlayıb. Etirazçılar o zamandan bəri Furqalın azadlığa buraxılmasını və azad və ədalətli məhkəminin keçirilməsini tələb edir.

Şərhlərə bax

XS
SM
MD
LG