Əfqanıstan rəsmiləri bildirib ki, Amerikanın havadan yardımı ilə İslam Dövlətinin radio stansiyası, internet kommunikasiyaları və digər obyektləri dağıdılıb.
Nanqahar vilayətində həyata keçirilən hücum nəticəsində “Xilafətin Səsi” radio-stansiyasının 5 işçisi daxil edilməklə, 29 İŞİD üzvü öldürülüb.
Vilayət rəsmisi İŞİD-in Açin rayonunda baş qərargahını təsis edərək, nüfuzunu artırmaqla yanaşı, Əfqanıstanın digər bölgələrində hücumlar həyata keçiridiyini bildirib.
Əfqanıstanın Müdafiə Nazirliyi hava zərbələrinin radionun yayımını dərhal dayandırdığını təsdiq edib.
Bu stansiya gündə 2 saatlıq radio verilişləri yayırdı. Verilişlərdə əsasən hökumət əleyhinə propaqanda, İŞİD sıralarına dəvət, yaraqlılarla müsahibələr və dövlər qulluqçularına təhdidlər səslənirdi. Lakin yerli sakinlər son üç ay yayılan verilişin bazar etsəsi günü dayandığınını bildirib.
“Xilafətin Səsi” tweet-də yazıb ki, “marionet Kabil rejiminin radionun məhv edildiyinə dair məlumatını rədd edirik“.