Accessibility links

“Xalqın içinə elə iyrənc propoqanda yeridiblər ki, insanlar azad seçkiyə layiq olmadığını düşünür”


“Xalqın içinə elə iyrənc propoqanda yeridiblər ki, insanlar azad seçkiyə layiq olmadığını düşünür”
please wait

No media source currently available

0:00 0:08:09 0:00

Fevralın 5-də Freedom House demokratiya və insan haqları təşkilatı Dünyada Azadlıq 2019 hesabatını açıqlayıb. Hesabata görə, Azərbaycan 2019-cu ildə də "azad olmayan" ölkələr kateqoriyasında qalır və Azərbaycan prezidenti İlham Əliyev müstəqil media və vətəndaş cəmiyyətinə qarşı repressiyalardan faydalanmaqla növbəti müddətə prezidentliyini təmin edib.

Təşkilatın hesabatını şərh edən siyasi fəal Orduxan Temirxanın sözlərinə görə, 2018-ci il ərzində baş verən bir çox vacib siyasi hadisələr onu göstərir ki, İlham Əliyev bir prezident kimi öz legitimliyini represiyya üzərində qurub.

İlham Əliyev bütün legitimliyini repressiya əsasında qurub.

“Azərbaycanda baş verən prezident seçkiləri zamanı biz gördük ki, hakimiyyət vətəndaş cəmiyyətini repressiyalara məruz qoyaraq səs yığmağa nail oldu və İlham Əliyev öz prezidentlik dövrünü 7 il müddətinə uzatdı. Bundan öncə isə 2018-ci ilin fevral ayında İlham Əliyev 3-4 naziri və məmuru ətrafına toplayaraq Mehriban Əliyevanı vitse-prezident təyin etdi.

Bu da onu sübut edir ki, Azərbaycanda insan haqları pozulur, jurnalistlərin, medianın heç bir azadlığı yoxdur. Prezidentliyini davam etdirən İlham Əliyev bütün legitimliyini repressiya əsasında qurub.”

Milli Şuranın 19 yanvar mitinqi
Milli Şuranın 19 yanvar mitinqi

Hesabatda qeyd olunur ki, 2018-ci ildə daha çox ölkələr mühacir və sürgündə olan keçmiş soydaşlarının hədəflənməsi ilə məşğul olub. Xaricdə yaşayan bir siyasi fəal kimi 2018-ci ildə bu cür təzyiqlərin daha çox artığını bildirən Orduxan Temirxanın sözlərinə görə, hazırkı iqtidar hakimiyyəti əldə saxlamaq üçün nə Azərbaycanda, nə də ölkədən kənarda olan insanlara normal siyasi fəaliyyət göstərməyə imkan vermir.

Diaspora Azərbaycan vətəndaşlarının problemləri ilə məşğul olmaq əvəzinə...

“Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan vətəndaşlarının problemləri ilə məşğul olmaq əvəzinə bizim apardığımız anti-rejim mübarizəyə görə vətəndaşlarımızı basqı altına qoyur. Mən və başqa fəallara qarşı açıq şəkildə terror edirlər ki, biz fəaliyyətimizi durduraq. Diasporanın tək fəaliyyəti xaricdə yaşayan vətəndaşlarımıza repressiyalar edərək, onları açıq şəkildə qorxudaraq İlham Əliyevin hakimiyyətini uzatmaqdır.

Başqa bir tərəfdən də bunlar bizim burdakı fəaliyyətimizə görə Azərbaycanda yaşayan, 10 ildir görmədiyimiz qohumlarımızı repressiyalara məruz qoyurlar.”

Utanverici mühit yaranıb.

Hesabata əsasən Azərbaycan 2019-cu ildə də "azad olmayan" ölkələr kateqoriyasında qalır. Onun Cənubi Qafqazdakı iki qonşusu - Ermənistan və Gürcüstan "qismən azad" ölkələr hesab edilir. Siyasi fəal fikrincə, iki qonşu ölkələrdə baş verən demokratik proseslər həm onların uğuru, həm də eyni zamanda Azərbaycanın uğursuzluğudur.

“Utanverici mühit yaranıb. Ermənistan və Gürcüstan demokratik addımlar atırlar, dəyişikliklər edirlər. Xalqımızın, vətəndaşlarımızın içinə isə elə bir iyrənc propaqanda yeridiblər ki, insanlar deyirlər ki, İlham Əliyev getsə, kim gələcək?

Necə yəni bu gedəcək kim gələcək? Bunu da edən hakimiyyətdir. Bunlar xalqımızı o qədər aşağılayırlar ki, xalqın demokratiya, azad seçkiyə layiq olmadığını, öz seçimini edə bilmədiyini deyirlər. Bu təfəkkür 21-ci əsrdə uyğun gəlməyən təfəkkürdür.

Bunlar xalqımızı, Azərbaycanı heç normal düşünə bilən bir xalq kimi tanımaq istəmirlər.

Bir prezident öz dövrünü bitirdikdən sonra ölkədə demokratik seçkilər keçirilməli, yeni prezident, baş nazirlər seçilməli, sistemlər dəyişməlidir.

Bir ölkədə diktatura uzun müddət durarsa onun devrilməsi var, inqilablar var. Bundan sonra insanları azad seçkilərə, prezident seçkilərinə hazırlama prosesi getməlidir.

Bunlar isə durmadan deyirlər ki, İlham gedəcək kim gələcək?

Çünki, bunlar xalqımızı, Azərbaycanı heç normal düşünən xalq kimi tanımaq istəmirlər.”

Fikirləriniz

Show comments

XS
SM
MD
LG