Accessibility links

Təhliçilər xam neftin qiymətinin artacağını təxmin edir


Neft üzrə təhlilçilər xam neftin qiymətinin artacağını təxmin edir, çünki böyük neft istehsalçıları hasilat kəsirlərini uzatmaq üzərində razılıq əldə edib.

Təhlilçilər deyir ki, Səudiyyə Ərəbistanındakı siyasi gərginlik, Liviya və Nigeriyada neft hasilatına olan əngəllər və xam neft hasilatını azaldan Venesueladakı iqtisadi tənəzzül də neftin qiymətinin artımına gətirib çıxaracaq.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olmayan ölklərin tələbatı 2018-ci ildə gündə 1.3 milyon barel arta, və bu artıma ən çox Çin və Hindistan səbəb ola bilər
Giorgos Beleris

Brent markalı xam neftin fyuçersinin 2018-ci ildə 58.84 dollar olacağı təxmin edilir. Bu isə oktaybr aynın sonunda təxmin edilən 55.71 dollardan 3 dollar daha çoxdur.

Ötən həftə Neft İstehsal Edən Ölkələr Təşkilatı (OPEC) və Rusiya başda olmaqla qeyri-OPEC istehsalçıları həddindən artıq çox ala təchizata son qoymaq üçün 2018-nin sonunadək gündəlik hasilatı 1,8 milyon barel azaltmaqla bağlı əldə etdikləri razılığı uzadıblar.

Qrup bazar intensivləşsə və qiymətlər çox qalxsa, razılığı pozacağına işarə edib.

Bəzi təhlilçilər OPEC üzvü olmayan ölkələrin, xüsusilə də yeni neft yataqlarındakı hasilatı artırmağı planlaşdıran Rusiyanın razılığa əməl etməsi ilə bağlı şübhələrini ifadə edib.

“Ən böyük müsbət xəbər Liviya və Nigeriyadan gəldi. Onlar daha öncə razılıqdan kənar tutulurdu, indi isə artan hasilat limitinə məruz qalacaqlar,” deyə Mialnda fəaliyyət göstərən İntesa Sanpaolonun baş bazar iqtisadçısı Daniela Korsini bildirib.

Ən böyük müsbət xəbər Liviya və Nigeriyadan gəldi. Onlar daha öncə razılıqdan kənar tutulurdu, indi isə artan hasilat limitinə məruz qalacaqlar.
Daniela Korsini

Neft qiymətləri cari ikinci yarısında yüksək qalıb. Buna səbəb OPEC-in başçılığı ilə azalan hasilat, habelə artan istehlak bazarında tarazlığın yarandığına dair düşüncədir. Brent markalı xam neftin qiyməti çərşənbə axşamı təxmin 62 dollar idi.

North Sea (Şimal Dəniz) markalı neftin qiyməti ötən il razılıq elan onunadan sonra 25 faiz artıb və 2017-də orta hesabla hər barelə 54.19 dollar olacağı gözlənilir.

OPEC-in neft hasilatı noyabr ayında gündə 300 min barel azalıb. Bu isə may ayından bəri ən aşağı göstəricidir. Söz verilən təchizat

30 iqtisadçı arasın aparılan rəy sorğunun nəticələri ABŞ-ın xam fyuçersi CLc1-in 2018-ci ildə hər barelə orta hesabla 54.78 dollar olacağı proqnozlaşdırılır. Bu isə daha öncə təxmin olunan göstəricidən yüksəkdir. WTI-ın bu il hər barelə 50.65 dollar olacağı gözlənilirdi.

Qlobal tələbatın ən böyük hissəsi Asiyadan gələcək və bu, təchizat isə istehlak arasındaki balansı gücləndirməyə yardım edəcək.

“İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olmayan ölklərin tələbatı 2018-ci ildə gündə 1.3 milyon barel arta, və bu artıma ən çox Çin və Hindistan səbəb ola bilər,” deyə Thomson Reuters Neft Araşdırmaları mərkəzindən Giorgos Beleris bildirib.

Asiyaya ən çox ABŞ-ın ixracı artıb. Bir baxımdan buna səbəb Yaxın Şərqdən gələn ixracın azalmasıdır.

XS
SM
MD
LG