Accessibility links

İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneyi prezident Həsən Ruhanini onun Qərblə gərginliyin azaldılması siyasətinin müharibə təhlükəsinin aradan qaldırılmasına gətirib çıxardığı haqda açıqlamalarına görə tənqid edib.

Praqmatik siyasətçi olan Həsən Ruhaninin 2013-cü ildə seçkilərdə hakimiyyətə gəlməsi İran və Qərb arasında diplomatik yaxınlaşmaya gətirib çıxardı. Ruhani həmçinin 2015-ci ildə Tehranın beynəlxalq sanksiyaların aradan qaldırılması müqabilində nüvə fəaliyyətlərinin məhdudlaşdırılmasına razı olduğu nüvə müqaviləsinin əldə olunmasına nail olmuşdu.

Bəziləri deyir ki, onlar hakimiyyətə gəlgikdən sonra müharibə təhlükəsi aradan qalxıb. Bu, doğru deyil.
Ayətullah Əli Xameneyi

İkinci müddətə seçilmək istəyən Ruhani və nüvə razılaşmasının əleyhinə olan Xameneyi arasında mayın 19-da prezident seçkilərindən öncəki bir neçə ay ərzində gərginliyin artdığı müşahidə edilir.

"Bəziləri deyir ki, onlar hakimiyyətə gəlgikdən sonra müharibə təhlükəsi aradan qalxıb. Bu, doğru deyil"- dövlətə məxsus media Xameneyiyə istinadən xəbər verib.

"Ölkə üzərindən müharibə kölgəsini siyasi arenada olan insanların mövcudluğu aradan qaldırıb"-deyə Xameneyi bildirib.

İran prezidenti Həsən Ruhani
İran prezidenti Həsən Ruhani

Ruhani onun iqtisadi siyasətini tənqid edən sərt xətt tərəfdarları ilə rəqabətlə qarşılaşıb. Opponentləri onun Qərblə yaxınlaşma siyasəti və nüvə güzəştlərinin hələ iqtisadi bəhrələr vermədiyini bildirir.

Ruhani şənbə günü seçiciləri ekstremizmin İrana qayıtmasına yol verməməyə çağırıb. O deyib ki, onun yerini sərt tərəfdarı rəqibi tutsa, ölkə daha ciddi avtoritarizmlə qarşılaşa bilər.

Həsən Ruhaninin rəqibləri arasında nüfuzlu din xadimi Ebrahim Rəisi və Tehranın mühafizəkar meri, İnqilab Keşikçilərinin keçmiş komandiri Bager Qalibaf yer alır.

XS
SM
MD
LG