İranın Ali dini rəhbəri Ayətullah Xameneyi ölkəsinə qarşı beynəlxalq sanksiyaların aradan qaldırılmasını alqışlayıb, lakin nüvə proqramının məhdudlaşdırılmasına məhdudiyyətlər tam tətbiq edilənə qədər İranın Birləşmiş Ştatları diqqətlə izləməli olduğunu deyib.
Xameneyinin bildirdiyinə görə, prezident Həsən Ruhani onu çərşənbə axşamı günü ölkə iqtisadiyyatında tənəzzülə səbəb olmuş sanksiyaların qaldırılması müqabilində İranın nüvə proqramının məhdudlaşdırılması məqsədilə Tehranın Britaniya, Fransa, Almaniya, Çin, Rusiya və Birləşmiş Ştatlarla əldə etdiyi nüvə razılığının həyata keçirilməsi münasibətilə təbrik edib.
Lakin Xameneyi xəbərdarlıq edib: “Mən bir daha Birləşmiş Ştatlar kimi təkəbbürlü ölkələr tərəfindən yalan və hiylələrlə bağlı ayıq olmağın zərurətini təkrar bildirirəm. Başqa tərəfin də öz öhdəliklərinə tam əməl etdiyinə diqqət yetirilməlidir.”
O, “son bir-iki gündə bəzi amerikalı siyasətçilərin verdiyi açıqlamaların şübhəli göründüyünü” bildirib.
Xameneyi ABŞ-ın siyasi fiqurlarından heç birinin adını çəkməyib, lakin Respublikaçılar partiyasından prezident Barak Obamanı hakimiyyətdə əvəz etməyə ümid bəsləyən namizədlərin demək olar hamısı İranla nüvə razılığını kəskin tənqid edərək, bunun İranı nüvə silahı istehalından çəkindirməyəcəyi və İsrail üçün təhlükə təşkil edəcəyini bildilrib.
Bəzi respublikaçı namizədlər hakimiyyətə keçən kimi beynəlxalq razılaşmada Birləşmiş Ştatların iştirakını dayandıracaqlarını bildirib.
Məhbus mübadiləsi qeyd olunmayıb
Xameneyi verdiyi açıqlamalarda Tehran və Vaşinqton arasında məhbus mübadiləsi məsələsinə toxunmayıb. Mübadilə nəticəsində İranda həbsdə olan beş amerikalı azad edilib, Birləşmiş Ştatlarda İslam Respublikası ilə ticarətə qoyulmuş qadağanın pozulmasına görə ya ittiham irəli sürülmüş, ya da məhkum edilmiş yeddi iranlının üzərindən ittihamları götürüb.
Bazar günü Birləşmiş Ştatlar İranın beş vətəndaşı və şirkətinə qarşı qadağan olmuş ballistik raket proqramı ilə bağlı fəaliyyətlərlə əlaqədar yeni sanksiyalar tətbiq edib.
İranın Müdafiə naziri Hüseyn Dehqan bildirib ki, ölkənin ballistik raket proqramını hədəf alan yeni sanksiyaların raket texnologiyalarının inkişaf etdirilməsi proqramına təsiri olmayacaq.
Dehqan ballistik raketlərə dair sanksiyaların Birləşmiş Ştatların İrana qarşı “düşmən” münasibət bəslədiyini göstərdiyini deyib və yaxın zamanda yeni raket texnologiyalarını açıqlayacağını elan edib.
İranın Xarici İşlər nazirliyinin sözçüsü Caber Ənsari yeni sanksiyaları qeyri-legitim adlandırıb.
Sanksiyaların icrası qətiyyətlə həyata keçiriləcək
ABŞ prezidenti Barak Obama onun hökumətinin İranın ballistik raket proqramına qarşı sanksiyaları qətiyyətlə icra edəcəyini deyib.
ABŞ-ın Maliyyə nazirliyi bildirib ki, sanksiyaların tətbiq olduğu beş iranlı və Birləşmiş Ərəb Əmirlikləri və Çində qərarghlaşan bir sıra şirkətlər xarici təchizatçıları aldadıb, materialların kim tərəfindən istifadə ediləcəyini gizlədərək, üçüncü tərəf vasitəsilə İrana raket hissələri çatdırmağa çalışıb.
İRNA xəbər agentliyinin verdiyi məlumata görə, Ruhani bazar ertəsi günü bildirib ki, Tehran nüvə razılaşmasının şərtlərinə “o biri tərəf də” buna edənə qədər əməl edəcək.