Accessibility links

Sadiq Xan: Londonda bina yanğınına səhlənkarlıq səbəb olub


London meri Sadiq Xan yaşayış binasında yanğınla bağlı ictimai qəzəbin artdığını etiraf edərək, yanğına yanlışlıq və səhlənkarlığın səbəb olduğunu deyib.

İnsanlar arasında onlar yoxsul olduqları üçün pis münasibətə məruz qaldıqları kimi əhval-ruhiyyə mövcuddur

"İnsanlar arasında onlar yoxsul olduqları üçün pis münasibətə məruz qaldıqları kimi əhval-ruhiyyə mövcuddur"- deyə mer bildirib.

O, çıxışını yanğın baş verən bunanın yaxınlığındakı kilsədə təşkil edilən anım mərasimində iştirak etdikdən sonra edib.

London meri hadisəni qarşısı alına biləcək qəza adlandırıb. Sadiq Xan evsiz qalmış sakinlərin narahatlığını anladığını bildirib.

London polisindən şənbə günü verilən məlumata görə, çərşənbə günü paytaxtın yaşayış binasındakı yanğının nəticəsində ölənlərin sayı 58 nəfər olub. Onlardan 30-unun öldüyü artıq rəsmən təsdiq olunub. Bu, II Dünya Müharibəsindən bəri insanın itkisi sayına görə ən faciəli yanğın hadisəsidir.

Ölənlərin sayı ilə bağlı yeni rəqəm Britaniya baş naziri Tereza Meyin öz ofisində yanğından xilas olmuş insanlarla görüş keçirdiyi vaxta təsadüf etdi. Baş nazirin yanğına verdiyi reaksiyası çoxlarının tənqidinə səbəb olmuşdu.

Tənqidçilərin fikrincə, onlarla insanın ölümünə və yüzlərlə insanın evsiz qalmasına səbəb olan hadisəyə reaksiya çox ləng olub və sakinlərə lazımı dəstək verilməyib.

Baş nazir yanğının səbəbi ilə bağlı instintaqla bərabər, bu hadisəyə dair ictimai dinləmələrin keçiriləcəyinə söz verib. Bundan əlavə, Mey sakinlərə yardım məqsədilə 6.4 milyon dolların ayrıldığını və onların üç həftə ərzində yeni evlərə köçürüləcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG