Accessibility links

Pakistan İranın Səudiyyə Ərəbistanı və ABŞ-la gərginliyinin azaldılmasında vasitəçilik etmək istəyir


Pakistanın baş naziri İmran Xan İranın Səudiyyə Ərəbistanı və ABŞ-la gərginliyinin azaldılmasında vasitəçilik etmək istədiyini bildirib.

İran prezidenti Həsən Ruhani ilə mətbuat konfransında çıxış edən Xan ölkəsinin həm Tehran, həm də Ər-Riyadla yaxın əlaqələrə malik olduğunu vurğulayıb.

“Biz məsələnin mürəkkəb olduğunu qəbul edirik. Lakin bu, dialoq yolu ilə həll oluna bilər” - deyə, Xan əlavə edib. O, çərşənbə axşamı günü sülh missiyası ilə Səsudiyyə Ərəbistanına səfər edəcəyini deyib.

Pakistan lideri ölkəsinin daha əvvəl də İranın Səudiyyə Ərəbistanı ilə diqloquna ev sahibliyi etməsi təklifini xatırladıb və Pakistanın buna bir daha hazır olduğunu deyib.

Həsən Ruhani də regiondakı gərginliklərin siyasi müzakirələrlə həll olunmasında Xanla razılaşdığını bildirib, Pakistana sülhpərvər səylərinə görə təşəkkür edib.

İranın Səudiyyə Ərəbisyanının neft obyektlərinin dron hücumlarına məruz qalmasından sonra regionda gərginliklər daha da artıb.

Birləşmiş Ştatlar, Səudiyyə Ərəbistanı və Qərbi Avropa ölkələri hücumda İranı günahlandırıb.

İran bu ittihamları rədd edib.

XS
SM
MD
LG