Accessibility links

Tramp-Xan mübahisəsi mətbuatda və sosial mediada davam edir [Video]


Tramp-Xan mübahisəsi mətbuatda və sosial mediada davam edir
please wait

No media source currently available

0:00 0:02:29 0:00

Tramp-Xan mübahisəsi mətbuatda və sosial mediada davam edir

Prezidentliyə Respublikaçı namizəd Donald Tramp və həlak olmuş müsəlman amerikalı əsgərin ailəsi arasında “söz müharibəsi” hələ də davam edir. Xan və həyat yoldaşı Qazala Amerikanın Səsi daxil olmaqla bir sıra media qurumlarında çıxış ediblər.

Xan və Tramp arasında gedən mübahisə burada- Arlinqton Məzarlığında mövcud olan faktlara kölgə salıb.

Sən həç nəyi və heç kəsi qurban verməmisən.
Xızr Xan Donald Trampa

Ordu kapitanı Humayun Xanın məzarı buradadır. O, 12 il öncə İraqda intiharçı bomba hücumu nəticəsində həlak olan müsəlman amerikalı əsgərdir.

Bazar ertəsi onun valideynləri Amerikanın Səsisinin Urdu xidmətinin qonağı olublar. Anası Qazala oğlu ilə son söhbətini xatırlayır:

“Analar günündə o məni təbrik etmək üçün mənə zəng etdi və mən ona “Xahiş edirəm qəhrəman olma. Sadəcə salamat ol. Düşərgənin içində qal. Bayıra çıxma” dedim. O da, “Ana, mənim öhdəliklərim var” deyə cavab verdi.”

Donald Tramp tənqidlərə reaksiya verib.
Donald Tramp tənqidlərə reaksiya verib.

Xanım Xan ötən həftə Demokratların Milli Qurultayında həyat yoldaşı müsəlmanlarla bağlı alçaldıcı ifadələr işlətdiyinə görə Respublikaçı namizəd Donald Trampa hücum etdiyində onunla birgə səhnədə idi.

“Sən həç nəyi və heç kəsi qurban verməmisən,” deyə Xan səslənmişdi.

Milyarder daşınmaz əmlak maqnatı isə vaxt itirmədən bu hücuma cavab verib.

“Mən bir çox qurban vermişəm. Mən çox zəhmət çəkmişəm və minlərə iş yeri açmışam,” deyə o bildirib.

“Bu namizəd necə seçiləcək. O, Respublikaçılar partiyasının batmasınamı səbəb olacaq?”

Mən cənab Xan tərəfindən amansız hücuma məruz qaldım. Buna cavab verməməliyəm?
Donald Tramp

Tramp söz mübadiləsini Twitter sosial şəbəkəsində davam etdirib.

O, səhifəsində yazıb: “Mən cənab Xan tərəfindən amansız hücuma məruz qaldım. Buna cavab verməməliyəm?”, “Bu məsələ indi bütün media orqanlarına müsahibələr verən cənab Xanla bağlı deyil. Söhbət radikal islamçı terrorizm və ABŞ-dan gedir. Ağıllı olun!”

Bu, Trampın mübahisəli çıxışları arasında ən sonuncusudur- amma siyasi ekspertlər bunun ona ziyan vurub-vurmayacağından əmin deyillər.

“Cəmi bir neçə gün öncə o, rəy sorğularında Hillari Klintondan öndə gedirdi. Nəzərə alsaq ki, Tramp dediklərinə görə heç bir cərimə ödəməyib, indi də onun münasibətinin dəyişməsi üçün heç bir səbəb yoxdur,” deyə təhlilçi Kayl Kondik bildirir.

Respublikaçı vitse-prezidentliyə namizəd Mayk Pens İraqda həlak olmuş Humayun Xanı qəhrəman adlandırıb.
Respublikaçı vitse-prezidentliyə namizəd Mayk Pens İraqda həlak olmuş Humayun Xanı qəhrəman adlandırıb.

Trampın vitse-prezidentliyə namizədi Mayk Pens isə Feysbuk paylaşımında bu sözləri yazıb:

“Donald Tramp və mən kapitan Humayun Xanın Amerikanın qəhrəmanı olduğunu və bütün Qızıl Ulduz ailələri kimi onun da ailəsinə hər bir amerikalının hörmət bəsləməli olduğuna inanırıq.”

Digər Respublikaçıların dedikləri də bu fikirlərlə üst-üstə düşür. Prezidentliyə sabiq Respublikaçı namizəd Con Makkeyn isə deyib ki, o, Trampla razılaşmır və ümid edir ki, “amerikalılar Trampın dediklərinin Respublikaçılar partiyasının görüşlərini əks etdirmədiyini bilir".

XS
SM
MD
LG