Accessibility links

Xarici jurnalistlərə Şimali Koreyanın raket sınağını izləməsinə icazə verilib


Şimali Koreyanın fəza rəsmilərinin bildirdiyinə görə, ABŞ və Cənubi Koreyanın etirazlarına baxmayaraq, xarici jurnalistlərə raket buraxılışının izlənməsi icazəsi verilib.

Cənubi Koreyanın kəşfiyyat fotoları Şimalın üçüncü raket sınağına hazır olduğunu sübut edir.

Unha-3 raketinin üçmərhələli sınağı Şimali Pyonqan vilayətindəki Tonqçang-ri kosmodromunda aprel ayının 12-si ilə 16-sı arasında həyata keçiriləcək.

ABŞ Dövlət Departamenti Şimali Koreyanın bu növbəti raket sınağının kommunist hökumətinin təcridini dərinləşdirdiyini bildirib.

XS
SM
MD
LG