Accessibility links

Əbülfəz Elçibəyin xatirəsi yad edilir


Avqustun 22-də Azərbaycan milli-azadlıq hərəkatının lideri, ölkənin keçmiş prezidenti Əbülfəz Elçibəyin vəfatından 18 il keçir.

Bu gün Elçibəy ideyalarının minlərlə tərəfdarı, müxalifətdə olan çoxsaylı siyasi partiyalar, vətəndaş cəmiyyəti təşkilatları, ziyalılar, ictimaiyyətin nümayəndələri onu məzarının başında yad edib. Çıxış edənlər Əbülfəz Elçibəyin azad və demokratik cəmiyyətin qurulması ilə bağlı ideyalarının həyata keçiriləcəyini bildirib.

“Azərbaycana müstəqilliyi biz gətirmişik, demokratiyanı da biz gətirəcəyik”, çıxışlarda Elçibəyin daha çox bu sözlərinə istinad edilib.

Əbülfəz Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev) 1938-ci il iyunun 24-də anadan olub.

Elçibəy 1980-ci illərdə Azərbaycan xalq hərəkatının lideri, Azərbycan Xalq Cəbhəsinin sədri, 1992-1993-cü illərdə Azərbaycanın demokratik seçki yolu ilə seçilmiş prezidenti olub. 1993-cü ilin iyununda o, ölkəni qarşıdirmadan xilas etmək üçün hakimiyyətdən uzaqlaşaraq anadan olduğu Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndinə gedib və orada 4 il 4 ay qaldıqdan sonra Bakıya qayıdıb. Bakıya qayıtdıqdan sonra yenidən Azərbaycan müxalifətinin lideri olub. 1997-ci ildə müxalifətin birləşdiyi Demokratik Konqresə sədr seçilib. Həmin ilin noyabrında Bütöv Azərbaycan Birliyini yaradıb.

Ə.Elçibəy 2000-ci il avqustun 22-də 62 yaşında Türkiyənin Gülhanə Hərbi Tibbi Akademiyasında vəfat edib. O, Bakıda Fəxri xiyabanda dəfn olunub.

XS
SM
MD
LG