Accessibility links

Xədicə İsmayıl: Jurnalistika fəaliyyətimi davam etdirəcəm


Xədicə İsmayılla müsahibə
please wait

No media source currently available

0:00 0:05:46 0:00

Mayın 25-də Azərbaycan Ali Məhkəməsi Xədicə İsmayılın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəz olunması barədə qərar çıxarıb və o, azadlığa buraxılıb. Beynəlxalq ictimaiyyət Xədicə İsmayılın azad edilməsini alqışlayıb və onun tam azadlığı üçün bütün şərtlərin aradan qaldırılmasına çağırıb. Xədicə İsmayıl Amerikanın Səsinə müsahibədə tam bəraət qazanana qədər mübarizəsini və jurnalistika fəaliyyətini davam etdirəcəyini deyib.

Amerikanın Səsi: Bir ildən çox müddətdə həbsdə qalmısınız. Durumunuz necədir? Özünüzü necə hiss edirsiniz?

Xədicə İsmayıl: Özümü yaxşı hiss edirəm. Elə həbsdə də özümü çox yaxşı hiss edirdim və çalışırdım ki, özümü nə pis etdiyim barədə təəssürat yaratmayım və ən əsası da özümü pis hiss etmədim həbsdə olarkən. Və güman edirəm ki, buna nail ola bildim. Yəni əgər məqsəd o idisə ki, mən həbsdə olanda özümü pis hiss eləyim, yaxud da ki, gördüyüm işlər dayansın və daha heç kim hökuməti tənqid etməsin, araşdırmalar olmasın. Bu məqsədlərdən heç birinə nail ola bilmədilər, mən də çalışırdım ki, nail olmasınlar.

Amerikanın Səsi: Siz şərti cəza almaqla azad edilmisiniz. Birləşmiş Ştatlar hökuməti sizə qarşı bütün ittihamların ləğv edilməsinə çağırıb. Buna nail olacağınızı gözləyirsinizmi? Özünüzü necə müdafiə etməyi düşünürsünüz?

Xədicə İsmayıl: Şübhəsiz ki, mən bəraət qazanmayınca müdafiəni və mübarizəni dayandırmayacam. Mən həm Azərbaycandakı vəkillərim, həm də beynəlxalq vəkillər vasitəsilə Avropa İnsan Haqları Məhkəməsinə müraciət eləmək niyyətindəyəm. Artıq ilkin həbs qərarı ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını gözləməkdəyik və əsas iş üzrə də tam bəraət almayınca biz mübarizəni davam etdirəcəyik. Mən Azərbaycan hökumətinə bir il yarım həbsdə qalmağımı, həbsdə olduğum vaxt nə qədər özümü yaxşı hiss eləməyimdən asılı olmayaraq bir il yarım həbsdə qalmağımı Azərbaycan hökumətinə bağışlamaq niyyətində deyiləm və bundan sonra da qoyulan məhdudiyyətləri qanunsuz hesab edirəm və bunu mübahisələndirmək niyyətindəyəm.

Amerikanın Səsi: Beynəlxalq ictimaiyyət sizə həbsdə olduğunuz müddətdə güclü dəstək verdi. Həbsdən çıxmağınızda bunun rolunu necə dəyərləndirirsiniz?

Xədicə İsmayıl: Şübhəsiz ki, beynəlxalq ictimaiyyətin dəstəyi olmasaydı mən yəqin ki, hələ də həbsədə idim və uzun illər həbsdə qalacaqdım. Beynəlxalq dəstəyin olduqca böyük anlamı var bu işdə və mən bir daha təşükkürümü bildirmək istəyirəm həm beynəlxalq dəstəyin səfərbər olunmasında iştirak edən şəxslərə, həm də ayrı-ayrı şəxslərə və təşkilatlara ki, onlar bu dəstəyi göstəriblər, Azərbaycan hökumətindən mənim və digər siyasi məhbusların, vicdan məhsbularının azad olunmasını tələb ediblər. Hələ onların tələbləri yerinə yetirilməyib, nə mənimlə bağlı, nə də digərləri ilə bağlı, çünki hələ də həbsdə çoxlu sayda siyasi məhbus var. Və güman edirəm ki, bu istiqamətdə iş davam etməlidir. Çox şadam ki, bu gün ABŞ Konqresindən verilən bəyanatlarda məhz bu istiqamətdə işin davam etdiriləcəyinə işartılar görünür. Yaxşı olardı ki, Birləşmiş Ştatların tək qanunverici orqanlarında yox, həm də icraedici orqanlarından və orada çalışan şəxslərdən açıq dəstək eşidə biləydi Azərbaycanda siyasi motivlərlə həbsə olan şəxslər. Güman edirik ki, o gün də gələcək.

Amerikanın Səsi: Bəzi müşahidəçilərin fikrincə, sizin fəaliyyətiniz beynəlxalq miqyasda korrpusiya ilə qlobal mübarizə səylərinin bir hissəsidir. Siz özünüzü bu qlobal səylərin bir hissəsi hesab edirsinizmi?

Xədicə İsmayıl: Bilirsinizmi, cinayətlər qloballaşdıqca onlarla mübarizə də qloballaşmalıdır. Artıq bu cinayətlər yerli xarakter daşımır. Azərbaycanda oğurlanan, qanunsuz yollarla qazanılan pullar başqa ölkələrdə ofşor zonalarda leqallaşdırılmağa çalışılır, həmin pullar, yuyulmağa çalışılır başqa ölkələrdə, çirkli pullar başqa ölkələrdə. Artıq korrupsiya heç bir ölkənin daxili işi deyil. O, qlobal xarakter daşıyır və onunla mübarizə üçün də qlobal səylərə ehtiyac var. Bəli, mən hesab edirəm ki, bu, qlobal səyin bir hissəsidir və mən çox şadam ki, dünyanın ən yaxşı araşdırmaçı jurnalistlərilə bir ailənin parçası kimi fəaliyyət göstərirəm. Biz bir şəbəkədəyik və bərabər əməkdaşlıqda fəaliyyət göstəririk.

Amerikanın Səsi: Fəaliyətiniz və planlarınız nədir?

Xədicə İsmayıl: Mən artıq başlamışam çalışmağa və bundan sonra, yəqin ki, bir neçə gündən sonra daha fəal şəkildə çalışacağam. Elə dayandığım yerdən başlamaq niyyətindəyəm. Araşdırmalar davam edəcək və hansı formatda mümkündürsə jurnalistikanı davam etdirəcəm.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG