Accessibility links

Jurnalist Xədicə İsmayılova prokurorluqda 3 saatdan çox ifadə verib [Videolar]


Xədicə İsmayılova prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:01:17 0:00

Xədicə İsmayılova prokurorluqda ifadə verib

Xədicə İsmayılova Əfqan Muxtarlının işi ilə bağlı dindirilib

Jurnalist Xədicə İsmayılova Baş Prokurorluğun Ağır Cinayətlər dair İşlər üzrə İstintaq İdarəsində 3 saat yarım ifadə verdikdən sonra azad buraxılıb.

Jurnalıist bildirib ki, istintaqda müstəntiq Əli Babayev tərəfindən jurnalist Əfqan Muxtarlının cinayət işi üzrə şahid qismində dindirlib.

"Soruşurdu ki, Əfqan Muxtarlıbı haradan tanıyıram. Əfqan Muxtarlı harada işləyib, harada işləyir, harada işləmək fikri var, onun pulu haradan gəlir. Mənə pul haradan gəlir, Meydan TV-yə pul haradan gəlir. Meydan TV-də kimlər işləyir. İlqar Vəliyevi tanıyırammı? Belə-belə çox gülməli suallar verirdi", o qeyd edib.

Onun sözlərinə görə, müstəntiq Əli Babayevin fikri belə olub.

"Əfqan bu işləri görüb. Sən də ona tapşırıqlar veribsənmi?", o qeyd edib.

Xədicə İsmayılova müstəntiqə deyib ki, o, sirr saxlaya bilmir, bu səbəbdən sirr olan sullar verməsin.

"Son saat yarımı onun üzərində danışırdıq", o qeyd edib.

Jurnalist Xədicə İsmayılova iyunun 19-da prokurorluğa dindirilməyə çağırılıb. O, Bakı vaxtı ilə saat 15:00-da Baş Prokurorluğun Ağır Cinayətlər dair İşlər üzrə İstintaq İdarəsinin binasına daxil olub.

Jurnalist Xədicə İsmayılova prokurorluqda ifadə verir
please wait

No media source currently available

0:00 0:01:10 0:00

X.İsmayılova Amerikanın Səsinin müxbirilə söhbətində bildirib ki, onu Əfqan Muxtarlının işi ilə bağlı dindirəcəklər.

"Ancaq mənim xaricə çıxışım yasaqlanıb. Mən Gürcüstanda olmamışam. Onlara bildirdim ki, uzun illərdir ki, Əfqanla əlaqəm yoxdur. Ancaq dedilər ki, mənə sualları var", o bildirib.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev, Müsavat Partiyası mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlı da iyunun 20-də prokurorluqda dindiriləcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG