Accessibility links

Apellyasiya Məhkəməsi jurnalistin şikayətini təmin etməyib


Xədicə İsmayıl
Xədicə İsmayıl

Oktyabrın 7-də Bakı Apellyasiya Məhkəməsi jurnalist Xədicə İsmayılovanın ona qarşı cinayət işindən qanunsuz sahibkarlıqla bağlı ittihamın götürülməsi barədə şikayətini təmin etməyib. Bu barədə Amerikanın Səsinə vəkil Fariz Namazlı bildirib.

O, qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcəyini deyib.

Xədicə İsmayılova 2014-cü ilin dekabrında həbs edilib. Ona Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 125 (intihar həddinə çatdırma) maddələri üzrə ittiham elan edilib.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin 125-ci maddə üzrə jurnalistə bəraət verib.

2016-cı ilin mayında Ali Məhkəmə ismayılovaya mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə bəraət verib və o, 3 il 6 ay şərti cəza ilə həbsdən azadlığa buraxılıb.

Daha sonra X. İsmayılova onun barəsində Cinayət Məcəllləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) maddəsinə xitam verilməsi ilə bağlı şikayət ərizəsi verib. Avqustun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistin cəza müddətini 3,5 ildən 2 il 3 ayadək azaldıb.

Beləliklə, məhkəmə Cinayət Məcəlləsinin 192-ci maddəsi (qanunsuz sahibkarlıq) üzrə ittihamın onun üzərindən götürülməsi ilə bağlı X.İsmayılovanın müraciətini qismən təmin edib.

Bu il iyunun 1-də Cinayət Məcəlləsinə dəyişikliklər qüvvəyə minib. Dəyişikliklər 192-ci maddəyə də aid edilib. Qanunun yeni redaksiyasına görə, Xarici İşlər Nazirliyində akkreditəsi olmadan jurnalistin xarici media ilə əməkdaşlığını “qanunsuz sahibkarlıq” kimi interpretasiya etmək olmaz. Məhkəmə yalnız ittihamı Cinayət Məcəlləsinin 192.2.1-ci maddəsindən (külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq) 192.1 (qanunsuz sahibkarlıq) maddəsinə tövsif edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG