Accessibility links

Xədicə İsmayılova - Həbsdən azad, səyahətdən məhrum jurnalist


Dünyada iki - neft zənginliyi və mətbuat azadlığı yoxsulluğu ilə tanınan kiçik ölkənin prezidenti İlham Əliyev neft sərvətindən qeyri-adi qüdrətlə istfadə edir.

ABŞ və Almaniya kimi ölkələrin liderləri Azərbaycanda mətbuat azadlığı durumunu tənqid etsələr də, bu ölkə ilə yaxşı əlaqələr saxlamağa can atır. Ələlxüsus Almaniya Azərbaycandan neft idxalına dair müzakirələr aparmaqla Rusiya neftindən asılılığını azaltmağa çalışır.

Həbsdən azad edilməsinə baxmayaraq, Xədicə İsmayılova üzərində səyahət qadağası qalmaqdadır.

Xədicə İsmayilova öz təcrübəsindən çıxış edərək Azərbaycanda mətbuat azadlığının durumunu təsvir edir.

42 yaşlı jurnalist 2015-ci ildə vergilərdən yayınma və vəzifəsindən sui-istifadə ittihamları ilə həbs edildiyi zaman beynəlxalq aləmdə tanınmışdı.

Azad edildikdən sonra o hələ də şərti cəza altındadır. Bu isə onun ölkəni tərk etmık hüququndan məhrum edilməsi deməkdir.

Bu məhdudiyyət ona Litva və İsveçdə layiq görüldüyü mükafatları almasına, ölməzdən öncə anasını Ankara xəstəxanasında ziyarət etməsinə mane olub.
Xədicə İsmayilovanın hesabları da vergilərin ödənişi iə bağlı hökumət tərəfindən dondurulub.

İsmayılova Əliyevlər ailəsinin qanunsuz maliyyə əməliyyatlarını araşdırdığına görə hökumətin təzyiqlərinə məruz qaldığını deyir. O bu fəaliyyətini Beynəlxalq Cinayət və Korrupsiya Hesabatı layihəsi kimi beynəlxalq təşkilat vasitəsi ilə davam etdirir.

Araşdırmaçı jurnalist yalnız siyasi fəallar deyil, insan haqları müdafiəçilərini də hədəf alan həbslər barədə qeydlər toplayır. Bu ölkədə vəkillər belə təzyiq hədəfinə çevrilib. Xədicənin dediyinə görə, bu vəkillərin hökumətə qarşı çıxanları müdafiə etdiklərinə görə vəkillik fəaliyyətləri əllərindən alınır.

Hazırda mənim hüquqi problemim hökumətin Azadlıq Radiosunda çalışdığım müddət ərzində vergi ödəməmək barədədir. Bu, absurddur.

İsmayilova Amerikanın Səsi və 2014-ci ildə Bakı bürosu bağlanan Azadlıq Radiosunda çalışıb. Elə vergi ittihamları da büro bağlandıqdan sonra üzə çıxıb.

"Hazırda mənim hüquqi problemim hökumətin Azadlıq Radiosunda çalışdığım müddət ərzində vergi ödəməmək barədədir. Bu, absurddur. Azadlıq Radiosu qeyri-gəlir təşkilatıdır və heç bir vergi ödəməməlidir. Lakin hökumət bunu tələb edir," İsmayılova bildirib.

Human Rights Watch son illər Azərbaycan hökumətinin müstəqil qrupların, tənqidi jurnalistikanın fəaliyyətini məhdudlaşdırmaq cəhdlərini artırdığını, bundan ötrü təqib və həbslərə əl atmaqla yanaşı, sərt qanun və qaydaların da müstəqil təşkilatların fəaliyyətinə imkan vermədiyini vurğulayıb.

Human Rights Watch-un Şimali Qafqaz üzrə direktoru Qeorgi Qoqia bildirib ki, Xədicə İsmayılova ölkəsində korrupsiya faktlarını araşdıran jurnalist kimi tanınır.

Təşkilat bildirir ki, Azərbaycanda müstəqil fəaliyyət, jurnalizm və müxalifətin fəaliyyətləri üçün məkan demək olar ki, çökdürülüb.

Azərbaycan 2019-cu il Mərbuat Azadlığı İndeksində 183 ölkə arasında 166-cı yeri tutur.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG