Accessibility links

Xədicə İsmayıl şüşə akvariumda [Video]


Xədicə İsmayıl şüşə akvariumda
please wait

No media source currently available

0:00 0:02:54 0:00

Jurnalistin apellyasiya şikayətinə ilkin baxış başlayıb

Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə Xədicə İsmayılın şikayəti üzrə ilkin baxış iclası başlayıb və aprelin 28-i saat 15.00-dək təxirə salınıb. Xədicə İsmayıl məhkəmə iclasında iştirak edib və o, zaldakıların davamlı alqışları ilə qarşılanıb. Jurnalist gülərüz idi, gümrah görünürdü.

O, səskeçirməz şüşə akvariumda oturdulub. Akvariumun qarşısında çoxsaylı konvoy və nəzarətçilər düzülüb. Xədicə İsmayılı zalda oturanlar görə bilmir. Bunlar zaldakıların və vəkillərin etirazı ilə qarşılanıb.

Vəkillər Fariz Namazlı və Yalçın İmanov Xədicə İsmayılın səskeçirməz akvariumdan çıxarılıb vəkillərlə yanaşı oturdulması barədə vəsatət qaldırıb.

Elman Türkoğlu (Arxa fonda Xədicə İsmayıla azadlıq plakatı)
Elman Türkoğlu (Arxa fonda Xədicə İsmayıla azadlıq plakatı)

“Biz him-cimlə danışa bilmərik. Müdafiə etdiyimiz şəxslə məsləhətləşməliyik”, deyə vəkil Yalçın İmanov sədrlik edənə müraciət edib.

Bu zaman sədrlik edən hakimlərin vəsatətlə razı olduğunu, ancaq konvoylardan icazə alınmasının vacibliyini xatırladıb. Sədrlik edənin bu sözləri zalda və vəkillərdə etiraz doğururb.

“Məhkəməyə konvoylar yox, hakim sədrlik edir. Bu vəsatəti siz təmin etməlisiniz”, İmanov qeyd edib.

Buna baxmayaraq hakimlər konvoylarla məsləhətləşib. Konvoylar jurnalistin akvariumdan çıxarılmasına icazə verməyib. Maraqlı olsa da hakim bundan öncə konvoylardan deyil, vəkillərdən Xədicə İsmayılın təhlükəsizliyi ilə bağlı qarantiya almışdı.

Bundan sonra məhkəmədə bir müddət fasilə verilib və vəkillər məsləhətləşmək üçün akvariuma buraxılıb. Bu zaman konvoylar vəkil Yalçın İmanovu akvariumdan çıxarmağa çalışıb.

2015-ci il fevralın 23-də Binəqədi Rayon Məhkəməsinin hakim Sədrəddin Hacıyevin sədrliyi ilə Bakı İstintaq Təcridxanasında keçiriləın iclasında Elman Həsənovun (Türkoğlu) iddiası əsasında jurnalist Xədicə İsmayıl 2 500 manat cərimə olunub. Jurnalist Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsi ilə təqsirli bilinib.

Keçmiş müxalifətçi Elman Həsənov jurnalistin öz "facebook" hesabında yaydığı bir məlumatda şəxsi həyatına müdaxilə edildiyini və ona böhtan atıldığını iddia edir. Jurnalist ittihamı rədd edir və bunun siyasi motivli olduğunu bildirir.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də başqa ittihamla həbs olunub. O, jurnalist Tural Mustafayevin "özünü öldürmə həddinə çatdırma" iddiası ilə saxlanıb.

Bu il fevralın 13-də jurnalistə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan olunub.

Bu ittihamlara görə Xədicə İsmayılı 12 ilədək həbs gözləyir.

Xədicə İsmayıl özünü təqsirli bilmir və bu ittihamları da siyasi sifariş sayır.

AzadlıqRadiosunun rəhbərliyi bəyan edib ki, Xədicə İsmayılın həbsi onun ölkə məmurlarının gizli biznesi haqda araşdırmalarına görə hakimiyyətin qisasıdır.

Amnesty International təşkilatı jurnalisti "vicdan məhbusu" elan edib.

Bu gün keçirilən ilkin baxış iclasında Elman Həsənov iştirak etməyib. Vəkillər xüsusi iddiaçının məhkəmədə iştirakını vacib sayıb.

“Biz bəraət, apellyasiya baxışının məhkəmə istintaqı ilə keçirilməsi barədə vəsatətlər verəcəyik. Bu səbəbdən xüsusi iddiaçının iştirakını vacib hesab edirik”, deyə vəkil Fariz Namazlı qeyd edib.

Xədicə İsmayıl vəsatəti dəstəkləyib. “Kürdəxanı İstintaq Təcridxanasında keçirilən məhkəmədə mən iştirak etməmişəm, qərar mənim iştirakım olmadan elan edilib. Eyni qanunsuzluğun xüsusi iddiaçıya da qarşı baş verməsini istəmirəm”, - deyə jurnalist bildirib.

Bundan sonra ilkin baxış iclası aprelin 28-i, saat 15-dək təxirə salınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Kyivə əvvəlcədən elan olunmamış səfər edib
please wait

No media source currently available

0:00 0:13:47 0:00
XS
SM
MD
LG