Accessibility links

Xədicə İsmayıl Bakı aeroportunda iki saat saxlandıqdan sonra azad buraxılıb


Xədicə Ismayıl (Foto Xədicə İsmayılın Facbook səhifəsindən götürülüb)
Xədicə Ismayıl (Foto Xədicə İsmayılın Facbook səhifəsindən götürülüb)

Xədicə İsmayıl iki saata yaxın Bakı aeroportunda saxlandıqdan sonra inidki dəqiqələrdə, yerli vaxtla saat 8.25-də azad buraxılıb.

***

İndiki anda Xədicə İsmayılı aeroportun çıxışına gətiriblər. Orada onun əşyalarına bank kartlarına, hətta mağazadan verilmiş bonus kartına belə baxış keçirirlər. "Axtarış aparanlar tez-tez kimlərləsə danışırlar. Amma hələ məni buraxmayıblar", o Amerikanın Səsinə bildirib.

***

Jurnalist Xədicə İsmayıl Bakı hava limanında saxlanıb. O sentyabrın 5-də səhər saatlarında Tbilisidən ATƏT-in konfransından gələrkən əvvəlcə sərhədçilər tərəfindən saxlanıb, sonra isə gömrük əməkdaşlarına təhvil verilib.

Xədicə İsmayıl telefonla Amerikanın Səsinə bildirib ki, bütün əşyalarını, bank kartlarını, üzərində olan pullarını alıblar.

“Üzərimdə geniş axtarış apardılar. Səfərdə ayağımı əzdiyim üçün arabada idim. Sərhədçilər kimisə çağırdıar, məni bir otağa apardılar. Sonra gömrükçülər gəldilər. Əşyalarımı bir-bir yoxladılar. Ayağımın sarğısını açıb yoxladılar, sanki “Briliyant əllər” filmindəki kimi briliyant axtarırlar. Pullarımı sanadılar, gömrük bəyannaməsi yazıb-yazmadığımı, pulu Azərbaycandan aparıb-aparmadığımı soruşdular. Üzərimdə 3 800 avro, 500 dollar var idi. Hamısını götürüblər. Bank kartlarımı götürüblər. Hətta ciblərimi yoxladılar. Bir saatdan çoxdur ki, otaqda gözləyirəm. Tez-tez gəlirlər nəyisə soruşub gedirlər”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin Şoyqunu müdafiə naziri vəzifəsindən uzaqlaşdırıb
please wait

No media source currently available

0:00 0:11:15 0:00
XS
SM
MD
LG