Accessibility links

Senator Benjamin Cardin:Xədicə İsmayılova hökumətin ardıcıl çirkin hücumlarının hədəfindədir


Benjamin L. Cardin
Benjamin L. Cardin

ABŞ Helsinki Komissiyası rəhbəri ölkəsinin Azərbaycanda jurnalistlərə təzyiqlərdən və son həbslərdən narahat olduğunu bildirib

Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Komissiyanın sədri (ABŞ Helsinki Komissiyası), ABŞ-ın senatoru Benjamin L. Cardin Azad Avropa/Azadlıq Radiosunun (RFE/ RL) jurnalisti Xədicə İsmayılovaya qarşı davamlı təzyiqləri şərh edib. Şərhdə deyir:

“Mən Azad Avropa/Azadlıq Radiosunun jurnalisti Xədicə İsmayılovanın təhlükəsizliyi və azadlığı üçün narahatam. Çünki araşdırmaçı jurnalist Xədicə İsmayılova fəaliyyətinə görə hökumətin ardıcıl çirkin hücumlarının hədəfindədir. O, ABŞ-a casusluqda ittiham olunur. Bu tamamilə yalandır və onu cəzalandırmaq məqsədi güdülür.

Helsinki Komissiyası Azərbaycan hökumətindən jurnalistlərə qarşı təzyiqləri dayandırmağı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının ( ATƏT) iştirakçı dövləti kimi üzərinə götürdüyü öhdəliklərə hörmət etməyə çağırır.

"Xanım İsmayılovaya təzyiqlər Azərbaycanda azad söz hüquqlarından istifadə edən fəalların siyasi motivlərlə həbsinin bir hissəsidir” deyə o bildirib.

ABŞ Senatoru şərhində REAL Hərəkatının sədri İlqar Məmmədovun və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsini xatırladaraq ölkədəki həbslərdən narahat olduğunu bildirib.

Azərbaycan bu ilin iyulunda ATƏT Parlament Assambleyasına ev sahibliyi edəcək.

“Biz hökuməti təhlükəsizliyin əsas elementləri sayılan hüququn aliliyi və digər əsas azadlıqların aliliyinə hörmət etməyə çağırırıq”, deyə Benjamin Cardin qeyd edib.
XS
SM
MD
LG