Accessibility links

Xədicə İsmayılovanın iddiası təmin edilməyib


Xədicə İsmayılova
Xədicə İsmayılova

Jurnalist istintaqın gediişindən narazılığı və şəxsi həyatına müdaxilə ilə bağlı məhkəməyə müraciət edib

Bakının Səbayel Rayon Məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın Bakı Şəhər Prokurorluğuna qarşı iddiası təmin edilməyib.

Vəkili Fariz Namazlı məhkəmənin qərarı ilə razılaşmır və apellyasiya şikayəti veriləcəyini bildirib.

Xanım İsmayılova prokurorluğu şəxsi həyatına müdaxilə və istintaqın gedişindən narazı olması ilə bağlı məhkəməyə verib.

2012-ci il martın 7-də “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın ev ünvanına şantaj xarakterli məktub gəlib. Məktubda intim xarakterli şəkillər və hədələr yer alıb.

Martın 13-də hakim “Yeni Azərbaycan” Partiyasının rəsmi orqanı olan “Yeni Azərbaycan” qəzetində “Xədicə İsmayılova göründüyü və olduğu kimi” başlıqlı qarayaxma xarakterli yazı dərc olunub, bir gün sonra isə anonim sayt vasitəsilə jurnalistlə bağlı seksual xarakterli kadrlar yayılıb.

Jurnalistin Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə müraciətindən sonra martın 15-də Baş Prokurorluq şəxsi həyata müdaxilə ilə bağlı cinayət işi qaldırıb. Cinayət Məcəlləsinin 156-cı maddəsi (şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması) üzrə qaldırılan cinayət işinin istintaqını Bakı Şəhər Prokurorluğu aparır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG