Accessibility links

Xədicə İsmayılova beynəlxalq mükafata layiq görülüb


Xədicə İsmayıl
Xədicə İsmayıl

Həbsdə olan jurnalist Xədicə İsmayılova Elison De Forj adına nüfuzlu beynəlxalq mükafata layiq görülüb. Mükafat insan hüquqları sahəsində böyük xidmətlərə görə verilir. Bu barədə Human Rights Watch bildirib.

Təşkilatın məlumatında deyilir ki, X.İsmayılova hakim ailə üzvlərinin və dövlət məmurlarının korrupsiya və digər cinayətləri ilə bağlı ciddi araşdırmalar aparıb.

“Xədicə İsmayılova inadla həqiqət və ədalət axtarışındadır. Onun cəsarəti başqaları üçün də ilham mənbəyinə çevrilib”, - HRW-nin Cənubi Qafqaz üzrə nümayəndəsi Georgi Qoqiya bildirib.

Elison de Forj mükafatı öz rifahı və həyatı bahasına başqalarının hüquq və ləyaqətini qoruyan insanlara verilir.

HRW zorakılıq, ayrı-seçkilik və təqiblərə qarşı mübarizə aparmaqdan ötrü bu cür cəsarətli fəallarla əməkdaşlıq edir.

Son iki ildə Azərbaycanda bir çox aparıcı hüquq müdafiəçiləri, jurnalist, bloger və siyasi fəallar həbs edilib.

İyunda BMT İnsan Hüquqları Şurasının iclasında 25 ölkə birgə bəyanat qəbul edərək “Azərbaycanda tənqidi səslərin sistematik olaraq susdurulmasını” pisləyib və BMT ali komissarını “hökuməti tənqid edənləri dərhal və şərtsiz azad etməyə” çağırmağa səsləyib.

BMT insan hüquqları komissarı Zeyd Raad Əl-Hüseyn Azərbaycanda repressiyaları pisləyərək hökuməti tənqid edənlərin azadlığa buraxılmasına çağırıb.

XS
SM
MD
LG