Accessibility links

Siçanlar xərçəng xəstələrinin imdadına çatır [Video]


Siçanlar xərçəng xəstələrinin imdadına çatır
please wait

No media source currently available

0:00 0:01:54 0:00

Hər xərçəng dərmanı hər xərçəng xəsətəsində işləmir. Doğru dərmanı tapmaq üçün insanlar üzərində bir sıra uğursuz sınaqlar keçirmək əvəzinə, bəzi şirkətlər siçanlarda bənzər xərçəng şişləri yetişdirir. Bununla şirkətlər xərçəngin müalicəsindəki təxmini ehtimalların aradan qaldıracağına inanır.

Bu siçana Aylin Yutidə olan eyni döş xərçəngi növü yoluxdurulub.

Biz, xərçəngi olan xəstənin şiş toxumasını immun çatışmazlığı olan siçana yeridirik ki, o şişi orada böyüdüb, xəstəyə hansı dərmanların təsirli ola bicələyini həmin siçanın üstündə yoxlayaq.
Ancela Deyvis

“Məndə “üç mənfi” adlanan döş xərçəngi növü var. Məndə BRCA1 adlı genetic mutasiya var ki, bu mutasiya döş xərçəngi olmaq şansını 80 faiz artırır", xərçəng xəstəsi Aylin Yuti deyir.

Yuti, Nyu Cersidə yerləşən Champions Oncology şirkətinə ona təsiri olan müalicə növü tapmaları üçün pul ödəyib.

“Biz, xərçəngi olan xəstənin şiş toxumasını immun çatışmazlığı olan siçana yeridirik ki, o şişi orada böyüdüb, xəstəyə hansı dərmanların təsirli ola bicələyini həmin siçanın üstündə yoxlayaq”, Champions Oncology-dən Ancela Deyvis deyir.

Deyvis deyir ki, laboratoriya eyni anda bir neçə siçan üzərində müxətlif dərmanları sınaqdan keçirə bilər.

Yutinin qarşısında seçə biləcəyi bir neçə müalicə növü var idi.

Aylin Yuti: “Biz nəticələri əldə etdik və ən az zəhərli olanı ən çox zəhərli olanı kimi nəticələr verdi”.

Şıcanlar üzərində sınaq keçirməyin bəzi mənfi cəhətləri var. Yuti Champions şirkətinin bir neçə dərmanı sınaqdan keçirməsini istədiyi üçün onlara 30 min dollar ödəyib.

Bundan əlavə dərmanların işləyəcəyinə dair heç bir qarantiya yoxdur. Əgər müalicə siçan üzərində müsbət nəticə verirsə, xəstə üçün də müsbət nəticə vermə şansı 50 faizdir. Amma əgər siçanda işləmirsə, pasientdə də işləməyəcək.

Bir digər mənfi cəhət də ondan ibarətdir ki, xəstələr xərçəng müalicələrini siçan üzərində aparılan sınağının nəticələri əldə olunana qədər təxirə salırlar.

Araşdırma nəticələri hələ ki, siçan sınağının yaxşı bir həkimin tövsiyyəsindən daha yaxşı olduğunu göstərmir.

Yutinin seçdiyi dərman onun üçün işləyib, ona görə də o, kimyəvi terapiyadan öncə dərmanları siçanlar üzərində sınaqdan keçirmək qərarından məmnundur.

XS
SM
MD
LG