Accessibility links

Xərçəngin bahalı müalicəsi


Xərçəngin bahalı müalicəsi
please wait

No media source currently available

0:00 0:02:26 0:00

Xərçəng xəstəliyinin effektiv müalicəsi bir çox xəstələrin sağalmasına səbəb olur. Lakin bəzi insanların yolunu müalicənin bahalığı kəsir. Bunlara ABŞ sakinləri də daxildir.

Amerikada tibbi xərclər digər inkişaf etmiş ölkələrlə müqayisədə olduqca yüksəkdir. Bu isə o deməkdir ki, xərçəngdən müalicə olunduqdan sonra bank hesabları boşalmış olur.

Xərcənglə dianozlaşdırıldıqda Tori Qayd əvvəlcə maliyyə vəziyyətinin onu narahat etmədiyini deyir.

"Mən onların dediyini etdim. Çox yaxşı bir özəl səhiyyə sığortası aldım."

3 həftədən sonra onun bu necə deyərlər əla sığortası müalicənin xərclərini ödəməyi dayandırır.

"Mən bir ayın xərcinin nə olacağını soruşdum. Dedilər ki, bir aylıq məsrəf 11 min dollar təşkil edəcək."

Bu, orta hesabla xərçəng müalicəsinin xərcidir. Lakin Qaybın 13 müxtəlif dərmana ehyiyacı vardı.

Astronomik qiymətlər bir çox amerikalını həyatını pula qurban verməyə vadar edir.

"Bəzi xəstələr olduqca riskli qərarlara yol verir. Ya dərmanın davamını almır və ya dozanı yarıya endirir" - deyə, Ohayo Dövlət Xərçəng Mərkəzindən Culi Kenneli-Xan bildirib.

Xərçəng mərkəzindəki maliyyə məsləhətçisi Qayba müalicəsinin ödənməsi yollarını tapıb.

"Biz 30 min xəstəyə orta dəyəri 500 milyon dollar olmaqla, istehsalçı yardımı proqramları ilə kömək etmişik" , Culi Kenneli-Xan bildirib.

Xəstəxana yeni proqramla bahalı dərmanlarla xəstələrə yardım edir. İndi xəstələr artıq istifadə etmədikləri dərmanları xəstəxanaya verir.

"Biz dərmanları maddi çətinlikləri olan xəstələrə veririk. Beləlik bir xəstədən digər xəstəyə dərman verilməsini təmin edirik", Culi Kenneli-Xan bildirib.

Bu proqram maddi çətinliklərə görə stresdənsə xəstələrə diqqətlərini sağlamlıqlarına yönətməyə yardım edir.

"Diaqnozla bərabər yaranan stresi minimum endirməyə çalışırsınız. Bu, mənə yardım edən əsas amil oldu. Buna görə çox minnətdaram" - deyə, xərçənq xəstəsi Qayb əlavə edib.

Məqsəd gələcəkdə digər xəstəliklərin müalicəsində də bu proqramı tətbiq etməkdir. Daha bir məqsəd isə digər təsisatların da bu proqrama qoşulmasıdır.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG