Accessibility links

Xərçəngi müəyyən edən applikasiya [Video]


Xərçəngi müəyyən edən applikasiya
please wait

No media source currently available

0:00 0:02:03 0:00

Xərçəngi müəyyən edən applikasiya

Həkimlər mobil telefonu profilaktik tibb üçün güclü alətə çevirməyin yollarını araşdırırlar. Fitnes applikasiyaları və kalori ölçən applikasiyalar artıq mövcuddur. Bu yaxınlarda isə smartfonlar üçün artıq şəkərdən tutmuş xərçəngə kimi bir çox xəstəliyi müəyyən edə bilən applikasiyalar da mövcud olacaq.

Deyirlər ki, bir şəkil min sözə bərabərdir. Bu, həqiqətən də belədir, çünki bu göz selfisi həyat xilas edə bilər.

Biz xüsusilə də mədəaltı vəzi xərçəngindən əziyyət çəkən insanlar üçün applikasiya yaratmaq istəyirik. Təəssüf ki, mədəaltı vəzi xərçəngindən əziyyət çəkən insanların yaşamaq müddəti beş il olur. Buna səbəb isə odur ki, çox vaxt bu xəstəliyin əlamətləri gec aşkar olunur. Belə olnada isə müalicə imkanları məhdud olur.
Aleks Mariakakis

O, gözlərdəki bilirubini ölçür. Bilirubin isə sarılıq və ya daha ciddi xəstəliklərin göstəricisidir.

“Biz xüsusilə də mədəaltı vəzi xərçəngindən əziyyət çəkən insanlar üçün applikasiya yaratmaq istəyirik. Təəssüf ki, mədəaltı vəzi xərçəngindən əziyyət çəkən insanların yaşamaq müddəti beş il olur. Buna səbəb isə odur ki, çox vaxt bu xəstəliyin əlamətləri gec aşkar olunur. Belə olnada isə müalicə imkanları məhdud olur”, deyə Vaşinqton Universitetindən Aleks Mariakakis bildirir.

Bu şəkillər sarılığın nə olduğunu göstərir.

Bu həm də mədəaltı vəzi xərçənginin əlamətlərindən biridir.

“Mənim atam mədəaltı vəzi xərçəngindən vəfat edib və onun xəstəliyi sarılıqla başladı. Mənim yaxın dostum da mədəaltı vəzi xərçəngini məğlub edib və mən düşündüm ki, sarılığı olan insanları müəyyən etməklə gələcəkdə mədəaltı vəzi xərçəngindən əziyyət çəkən insanları müəyyən edib, onlar üçün daha xoşagələn nəticələr əldə edə bilərik”, Vaşinqton Universitetindən Dr. Cim Teylor söyləyir.

Applikasiyanın yaranmasına gətirib çıxaran BiliScreen adlı tədqiqat hələ erkən mərhələdədir. Tədqiqtçılar alqoritmlərinə artan bilirubin səviyyəsini müəyyən etməyi öyrədir.

“BiliScreen dataya əsaslanan alqoritmdir. Bu isə o deməkdir ki, əgər biz kifayət qədər müxtəlif bilirubin səviyyəsində olan sarılıq halları görürüksə, alqoritmin həmin bilirubin səviyyələri barədə məlumat verməsini təmin edə bilərik”, Mariakakis deyir.

BiliScreen dataya əsaslanan alqoritmdir. Bu isə o deməkdir ki, əgər biz kifayət qədər müxtəlif bilirubin səviyyəsində olan sarılıq halları görürüksə, alqoritmin həmin bilirubin səviyyələri barədə məlumat verməsini təmin edə bilərik.
Aleks Mariakakis

Applikasiya daha çox gözü sınaqdan keçirdikcə, nasazlıqları müəyyən etmək qabiliyyəti bir o qədər artacaq.

“Növbəti araşdırma daha genişmiqyaslı olmalıdır və araşdırmada sarılığı olmayan, çox yüngül və ağır sarılığı olan insanlar da iştirak etməlidir. Biz bu məlumatı alıb daha güclü alqıritmə çevirməyi ümid edirik ki, beləcə sarılıq dərəcəsini daha dəqiq təxmin edə bilək”, deyə Dr. Cim Teylor söyləyir.

Bu araşdırma zamanı üzərində sınaq keçirilən insanların 90 faizində bilirubin səviyyəsi dəqiq ölçülüb.

Növbəti addım dəqiqliyi artırmaq və kvadrat rəng sxemi olan kalibrəmə eynəklərinə ehtiyacı aradan qaldırmaqdır.

XS
SM
MD
LG