Aprelin 5-6-da Bakıda “Şah Xətai-Sultan Səlim” simpoziumu keçiriləcək.
Turan agentliyinin məlumatına görə, tədbir “Azərbaycan Türkiyə Evi”nin (ATEV) təşəbbüsü ilə baş tutacaq.
Simpoziumda Türkiyədən 25-ə yaxın alimin qatılacağı gözlənilir. Eyni zamanda Azərbaycan alimləri iştirak edəcəklər.
Simpoziumda əsas məqsəd Osmanlı-Səfəvi dövlətinin tarixlərindəki hadisələrə baxış, dəyərləndirmə və günümüzə aid nəticələrin təqdim olunmasıdır.
Bununla yanaşı tədbirdə türkdilli xalqlar arasında əlaqələrin gücləndirilməsi, mədəniyyətlərin qarşılıqlı öyrənilməsi və inkişaf etdirilməsi kimi istiqamət də nəzərdə tutulur.
Forumun elmi hissəsi aprelin 6-da günortaya qədər başa çatacaq.
Aprelin 6-da axşam Rəşid Behbudov adına Mahnı Teatrında Türkiyədən olan sənətçilərin və Azərbaycanın “Savalan” qrupunun iştirakı ilə konsert proqramı olacaq.