Accessibility links

Xəyal televiziyasının jurnalistlərinin istintaq müddəti dekabrın 1-də başa çatır


Xəyal televiziyası
Xəyal televiziyası

Jurnalistlər ittihamı qəbul etmir. Vəkil ittihamı cinayət məsuliyyəti doğurmadığını bildirir

“Quba hadisələri ilə bağlı həbsdə olan “Xəyal” televiziyasının icraçı
direktoru Vüqar Qonaqov və redaktor Zaur Quliyevin istintaq müddəti dekabrın 1-də başa çatır. Ümid edirəm ki, istintaq orqanı işi vaxtında məhkəməyə təqdim edəcək”, - vəkil Rəşid Hacılı Amerikanın Səsi radiosuna bildirib.

Bu il martın 1-də Qubada sakinlər İcra Hakimiyyətinin keçmiş başçısı Rauf Həbibovun sosial şəbəkələrdə yayılmış yerli sakinləri təhqir edən çıxışına etiraz ediblər. Dinc etiraz aksiyası sonradan qarşıdurma ilə nəticələnib. Yerli sakinlər Rauf Həbibovun villasını yandırıb, icra hakimiyyətinin binasının pəncərələrini qırıb, əlavə tikililərə ziyan dəyib. Rayona daxili qoşunlar yeridilib və deputat Vahid Əhmədovun fəaliyyəti nəticəsində
qarşıdurma səngiyib. Rayon icra başçısı vəzifəsindən azad edildikdən sonra etirazçılar evlərinə dağılıb.
Fakt üzrə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanılıb və cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinin icraatına verilib.

Hadisələrdən sonra çoxsaylı sakin, o cümlədən “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və baş redaktoru Zaur Quliyev 2012-ci il martın 13-də həbs edilib. Hazırda digər şəxslərin məhkəməsinin başlamasına baxmayaraq jurnalistlərin istintaq işi davam
edir.

Vəkilin sözlərinə görə, “Xəyal” televiziyasının icraçı direktoru V. Qonaqov İcra Hakimiyyətinin başçısı R.Həbibovun çıxışının yerli sakinlərin təhqiri olan hissəsini kəsib Quba şəhər bələdiyyəsinin keçmiş sədri Elxan Əliyevə verməkdə və İnternetdə yerləşdirməkdə, baş redaktor Zaur Quliyev isə videonu montaj etməkdə günahlandırır.

“Vüqar Qonaqov və Zaur Quliyev ittihamları qəbul etmir. Halbuki, onlara qarşı irəli sürülən ittihamların özü cinayət tərkibi doğurmur. Digər tərəfdən, videoların kəsilməsi, montajı, İnternetdə yayılması jurnalistin vəzifə borcudur. Əslində jurnalistlərin günahı İcra Hakimiyyəti başçısının çıxışının ictimai marağa səbəb olmasına baxmayaraq, televiziyada
efirə verməməsidir. Görünür, televiziyada qeyri-rəsmi senzura olduğundan həmin videomaterial efirə buraxılmayıb”, - R.Hacılı bildirib.

Vəkil həmçinin deyib ki, Vüqar Qonaqov və Zaur Quliyev martın 14-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə gətirilib və qanunsuz olaraq yarım ay bu idarənin zirzəmisində saxlanılıb.

“Hər iki jurnalist burada qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalıb. Jurnalistlər hər iki qanunsuzluqla bağlı şikayət verib. Şikayətlər indiyədək araşdırılmayıb”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG