Accessibility links

Xəzərdə çıxış xətlərinin metodikasını müəyyən edən saziş hazırlanacaq


Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya ilə bağlı məsələlərin həlli və ondan irəli gələn öhdəliklərin icrasını həyata keçirəcək İşçi Qrupunun ilk iclası bu ilin noyabrında Bakıda keçiriləcək. Bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Amerikanın Səsinə bildirib.

İşçi qrupu Xəzərdə çıxış xətlərinin metodikasını müəyyən edən saziş üzərində işləyəcək.

“Saziş Konvensiyadakı anlayışlar və beynəlxalq hüquqdan irəli gələn normalar əsaslında hazırlanacaq”, o qeyd edib.

Bu il avqustun 12-də Aktau şəhərində Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan dövlət başçıları Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıb.

Konvensiya Xəzər dənizinin hüquqi statusunu müəyyən edərək, sahilyanı dövlətlərin dənizə münasibətdə hüquq və öhdəliklərini təsbit edir.

Sənəddə Xəzər dənizinin dibinin beynəlxalq hüququn norma və prinsipləri nəzərə alınmaqla sektorlara bölünməsi qaydası təsdiq olunub, sektorlarda aparılan təsərrüfat-iqtisadi fəaliyyətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə orada yerləşən təsərrüfat obyektlərinin müvafiq təhlükəsizlik zonalarına malik olduğunu göstərir. Bundan başqa, Konvensiya hər bir dövlət üçün onların suveren və müstəsna hüquqlara malik olduğu 15 millik ərazi suları və 10 millik balıqçılıq zonalarını müəyyənləşdirir. Həmçinin Konvensiya Xəzər dənizində gəmiçilik və ticarətin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən dəniz üzgüçülüyünün azadlığı və təhlükəsizliyinin təmin olunması prinsiplərini təsbit edir.

Konvensiyanın effektiv yerinə yetirilməsi və Xəzər dənizində əməkdaşlığın müxtəlif aspektlərinin nəzərdən keçirilməsi məqsədilə dövlət başçıları tərəfindən Xarici İşlər nazirliklərinin himayəsi altında xarici işlər nazirlərinin müavinləri Xəzəryanı dövlətlərin səlahiyyətli nümayəndələri səviyyəsində beştərəfli müntəzəm məsləhətləşmələr mexanizmi yaradılıb.

Bu mexanizm Konvensiya ilə bağlı məsələlərin həlli və ondan irəli gələn öhdəliklərin icrasına nəzarəti həyata keçirəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG