Accessibility links

Aşqabadda Xəzər hüquqi statusu ilə bağlı işçi qrupunun iclası olub


Participants swim with a portrait of late Chinese Chairman Mao Zedong in the Hanjiang River, a large branch of the Yangtze River in Xiangyang, Hubei province, to celebrate the upcoming 49th anniversary of Mao swimming in the Yangtze River, local media reported.
Participants swim with a portrait of late Chinese Chairman Mao Zedong in the Hanjiang River, a large branch of the Yangtze River in Xiangyang, Hubei province, to celebrate the upcoming 49th anniversary of Mao swimming in the Yangtze River, local media reported.

İclasda Xəzəryanı ölkə başçılarının Həştərxan sammitinin yekun sənədlərinin layihəsi müzakirə edilib

Türkmənistanın Aşqabad şəhərində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xüsusi İşçi Qrupunun 36-cı iclası keçirilib. Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edib.
Xələf Xələfov bildirib ki, iclasda Həştərxan sammitinin yekun sənədlərinin layihəsi müzakirə edilib.

Onun sözlərinə görə Aşqabadda müzakirə edilən sənəd layihələrinə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin aprelin 22-də Moskvada keçiriləcək toplantısında da baxılacaq. Nazirlərin toplantısında həmçinin Xəzəryanı ölkələrin dövlət başçılarının Moskva sammitində müzakirə ediləcək məsələlərə də baxılacaq.

Dövlət başçılarının sammitinədək İşçi Qrupun bir neçə iclası keçiriləcək. Görüşlərdən biri xarici işlər nazirlərinin Moskva görüşündən əvvəl Moskvada olacaq.

X.Xələfov deyib ki, su səthinin suverenlik zonasının, sərhəd xətlərinin, balıqçılıq sahəsinin, elmi-tədqiqat zonasının dəqiqləşdirilməsi, ekologiya, təhlükəsizlik məsələləri, fövqəladə halların nəticələrinin aradan qaldırılması, bioresursların qorunması və istifadə olunmasına dair hələlik razılaşma yoxdur.

Danışıqlar həm beştərəfli, həm ikitərəfli, həm də üçtərəfli keçirilir.

Xəzəryanı ölkə başçılarının Sammiti bu ilin birinci yarısında keçiriləcək.
XS
SM
MD
LG